Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 00:05

Sarkisian Putinlə Qarabağdakı vəziyyəti müzakirə edəcək


Vladimir Putin və Serzh Sarkisian
Vladimir Putin və Serzh Sarkisian

Ermənistan prezidenti Serzh Sarkisian martın 14-də Moskvaya ikigünlük rəsmi səfərə gedəcək.

Onun səfər zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşü nəzərdə tutulur.

Bu barədə AzadlıqRadiosu-nun Ermənistan xidməti martın 1-də Rusiyanın “İzvestiya” qəzetinə istinadla xəbər verib.

Bu məlumatı Kremlin sözçüsü Dimitri Peskov da təsdiqləyib.

“İzvestiya”nın yazdığına görə, Vladimir Putinlə Serzh Sarkisian danışıqlar zamanı ikitərəfli aktual məsələləri, həmçinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcəklər.

Mənbənin məlumatına görə, səfər zamanı bir sıra birgə investisiya razılaşmaları imzalanacaq.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov bundan əvvəl ermənistanlı həmkarı Edvard Nalbandianla keçirdiyi birgə mətbuat konfransında prezident Sarkisianın ikitərəfli diplomatik münasibətlərin 25 illiyi münasibətilə Moskvaya rəsmi səfər edəcəyini bildirmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG