Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 14:18

Sarkisian Azərbaycanı ölkəsinin bütün hərbi arsenalı ilə hədələyir


Serzh Sarkisianın diplomatlarla görüşündən

Ermənistan prezidenti Serzh Sarkisian Azərbaycanı ölkəsinin bütün mümkün hərbi arsenalı ilə hədələyib.

AzadlıqRadiosu Ermənistan xidmətinin martın 3-də yaydığı məlumatına görə o, belə bir bəyanatla Yerevanda Xarici İşlər Nazirliyinin rəhbərliyi və yüksək səlahiyyətli diplomatlarla görüşdə çıxış edib.

Sarkisian deyib ki, əgər Azərbaycan Dağlıq Qarabağda vəziyyəti hərbi həddə çatdırsa, Ermənistan 1 saniyə belə gözləmədən bütün mümkün hərbi arsinalından istifadə edəcək.

Sarkisianın sözlərinə görə Yerevanla Xankəndi müharibə istəmirlər, amma Bakı daima yüksək səviyyədə müharibədən danışır, qoşunların təmas xəttində gərginliyi artırır.

Qeyd edək ki, son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində silahlı toqquşmalar, atışma və itkilərin sayının artdığı müşahidə olunur.

Tərəflərdemək olar ki, hər gün bir-birlərini atəşkəs rejimini pozmaqda günahlandırırlar.

Qarabağ münaqişəsi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada bölgədə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Bu il fevralın 24-dən isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilər olduğu bildirilir.

Foto arxiv
Foto arxiv

Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, Ermənistan ordusunun işğal edilmiş Azərbaycan ərazisindən çıxması ilə bağlı BMT qətnamələrinə əməl olunmasa və münaqişə sülh yolu ilə həllini tapmasa Azərbaycan öz torpaqlarını lazım gəlsə hərbi güclə azad edəcək.

Qeyd edək ki, «BMT Təhlükəsizlik Şurası, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələrinə baxmayaraq, Ermənistan işğal etdiyi əraziləri hələ də boşaltmayıb.

Azərbaycan hakimiyyəti bunu həll prosesinə başlamağın əsas şərti hesab edir.

Münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu bəyanat yayaraq tərəfləri mümkün qarşıdurma və gərginliyin artmasından qaçmağa çağırıb. Minsk qrupuna ABŞ,Rusiya və Fransa həmsədrlik edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG