Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:19

Sargsyanın şikayəti rədd edildi


Ermənistanın keçmiş prezidenti Serzh Sarkisin , 24 noyabr,2017
Ermənistanın keçmiş prezidenti Serzh Sarkisin , 24 noyabr,2017

Prokurorluq Ermənistanın keçmiş prezidenti Serzh Sargsyanın əmlakına həbs qoyulması ilə bağlı qərardan verilmiş şikayəti rədd edib.

Bu barədə AzadlıqRadisunun erməni xidməti xəbər verir.

Qeyd edək ki, Ermənistanın istintaq komitəsi Sargsyanın əmlakı və bank hesablarına, cinatyət işində göstərilən məbləğ həcmində həbs qoyub. Sargsyan 1 milyon dollardan artıq dövlət vəsaitinin oğurlanmasının təşkilində ittiham olunur.

Onun vəkili Amram Makinyan prokurorluğun qərarını qanunsuz və əsassız hesab edir.

“Cinayət Prosessual Məcəlləsində açıq şəkildə göstərilir ki, şəxsin əmlakına, miflər yox, cinayət işində sübutlar toplandıqda həbs qoyula bilər” vəkil deyib.

Qeyd edək ki, keçmiş prezident Serzh Sargsyanın işiylə bağlı ilin əvvəllərində ilkin istintaqa başlanıb və artıq ölkədən çıxmaması ilə balı ondan yazılı iltizam alınıb.

Bu işlə bağlı “Fleş” şirkətinin prezidenti Barseq Beqlaryan da məsuliyyətə cəl olunub.

Söhbət 2013-cü ildə kəndlərin yanacaqla təmin edilməsi üçün ayrılmış subsidiyalardan gedir.

Amma Sargsyan və Beglaryan ittihamı rədd edirlər.

Keçmiş prezident Robert Kochariansa hazırda həbsdədir.

Qeyd edək ki, Ermənistanın keçmiş prezidenti Robert Kocharian da hazırda həbsdədir.

O isə 2008-ci ildə Ermənistanda keçirilən etiraz aksiyasını zorakılıqla dağıtmaqda, konstitusyon qurluşu devirməkdə və korrupsiyaçılıqda ittiham olunur.

Ermənistanın keçmiş prezidenti Robert Kocharian məhkəmə zalında , 9 dekabr, 2019, Yerevan
Ermənistanın keçmiş prezidenti Robert Kocharian məhkəmə zalında , 9 dekabr, 2019, Yerevan

Həmin hadisələr zamaqnı azı 11 nəfər ölmüşdü.

Həmin vaxt ondan sonra prezident seçilmiş Serzh Sargsyan da bu işlə bağlı ifadə verib.

Aksiyaçılar həmin vaxt seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz edirdilər.

Qeyd edək ki, Kocharianla Sargsyan əslən Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağdandılar.

XS
SM
MD
LG