Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Vəkil Sargsyanın "1 mart" işi ilə bağlı dindirilməsini təsdiqləyib


Serzh Sargsyan-Ermənistanın keçmiş prezidenti
Serzh Sargsyan-Ermənistanın keçmiş prezidenti

Ermənistanın keçmiş prezidenti Serzh Sargsyanın vəkili keçmiş prezidentin “1 mart” işi ilə bağlı şahid qismində dindirilməsini təsdiqləyib.

Amram Makinyan bunu AzadlıqrRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

Amma o, keçmiş prezidentin neçə dəfə dindirilməsi barədə heç nə deməyib və bunu istintaqın məxfiliyi ilə izah edib.

Amma yerli kütləvi informasiya vasitələri (KİV) Sargsyanın bir neçə dəfə dindirildiyini yazırlar. KİV-lərin yazdıqlarına görə bu ifadələr çox uzun, 6 saatadək sürüb.

Xüsusi İstintaq Xidməti artıq xeyli vaxtdır ki, bu məlumatı təkzib etmir, amma ətraflı məlumat da vermir.

İstintaq Komitəsinin mətbuat katibi Marina Ogancanyan AzadlıqRadiosunun erməni xidmətinə təkcə onu deyib ki, Sargsyanın adı komitədə araşdırılan hansısa işdə təqsirləndirilən şəxs kimi keçmir.

Sargsyanın vəkili ona hansı sualların verilməsinə də aydınlıq gətirmir.

Amma o, Sargsyanın hazırda həbsdə olan digər keçmiş prezident Robert Kocharianın əleyhinə ifadə verməsi barədə KİV-lərdə gedən məlumatları tamamilə yalan adlandırırb.

Qeyd edək ki, keçmiş prezident Robert Kocharian, 2008-ci il martin 1-də baş verən qanlı hadisələrə görə hazırda həbsdədir.

Həmin vaxt keçirilən prezident seçkisində Serzh Sargsyanın qalib gəldiyi elan ediləndə, seçkinin saxtalaşdırıldığını iddia edən müxalifət tərəfdarları küçələrə axışdı.

Robert Kocharian həmin vaxt Sargsyanı dəstəkləyirdi.

Sonda etirazlar zorakılıqla yatırıldı və nəticədə azı 10 nəfər öldü.

İndi Yeni Ermənistan hakimiyyəti həmin hadisələrə görə Robert Kocharianı günahlandırır və ona qarşı cinayət işi açılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG