Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:18

Rusiyada diabet təşkilatı 'xarici agent' oldu


Rusiyadakı diabet təşkilatları on minlərlə xəstə yardım göstərir
Rusiyadakı diabet təşkilatları on minlərlə xəstə yardım göstərir

Rusiyada Saratov şəhərinin məhkəməsi diabet xəstələrinə yardım göstərən qeyri-hökumət təşkilatının “xarici agent” olduğu barədə hökm çıxarıb və QHT-ni 300 min rubl (4800 dollar) cərimə edib.

Mayın 28-də keçirilən dinləmədə Diabet Təşkilatı Saratov Regional filialının direktoru Larisa Saigina və bu təşkilatın keçmiş başçısı Yekaterina Rogatkinaya bildirilib ki, onlar cəriməni 60 günün ərzində ödəməlidirlər.

Saigina və Rogatkina jurnalistlərə deyiblər ki, onlar bu hökmdən apellyasiya şikayəti verəcəklər.

Bu hökm 2012-ci il tarixli ziddiyyətli qanunun əsasında çıxarılıb. Bu qanuna görə xaricdən maliyyələşdirilən və siyasi fəaliyyətlə məşğul olan təşkilatlar Ədliyyə Nazirliyində “xarici agent” kimi qeydiyyatdan keçməlidir.

Vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, qanundan məqsəd Kremlin Rusiya cəmiyyəti üzərində nəzarətini bərqərar etməkdir.

Saratov Regional Diabet Təşkilatı ilə bağlı araşdırmaya hakim Vahid Rusiya partiyasının gənc fəallarından biri prokurorluğa şikayət etdikdən sonra, 2017-ci ildə başlanıb. Həmin fəal öz şikayətində təşkilatın xarici əczaçılıq şirkətlərindən maliyyə aldığını bildirirdi.

Prokurorluq təşkilatın fəaliyyətini qiymətləndirməyi yerli tarixçi Ivan Konovalova tapşırıb. Tarixçi belə bir nəticəyə gəlib ki, təşkilat regiondakı çatışmazlıqlar, özəlliklə də səhiyyə sahəsindəki çatışmazlıqlar barədə xarici partnyorlara məlumatlar verir və bu isə öz növbəsində cəmiyyətdə etiraz meyllərinin alovlandırılmasına imkan yarada bilər”.

Saratovdakı Diabet təşkilatı artıq 30 ilə yaxındır ki, fəaliyyət göstərir və on minlərlə şəkər xəstəsi və onların ailələrinə dəstək verib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG