Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:02

Ağ Evin mətbuat katibi xüsusi prokuror tərəfindən sorğu-sual edildiyini deyib


Sarah Huckabee Sanders
Sarah Huckabee Sanders

Ağ Evin sözçüsü xanım Sarah Sanders Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini və Rusiya rəsmiləri ilə Trump-ın seçki kampaniyası arasında əlaqələri araşdıran xüsusi prokuror Robert Mueller tərəfindən sorğu-sual edildiyini təsdiq edib.

Sanders fevralın 15-də CNN telekanalına deyib:

“Cənab prezident administrasiyada olan hər bir işçi kimi mənə də xüsusi prokurorla tam əməkdaşlıq etməyi tapşırıb. Mən də buna görə könüllü olaraq söhbətdə iştirak etmişəm”.

Xanım Sanders hadisənin detallarını açqılamasa da, media xəbərlərində onun Mueller tərəfindən təxminən administrasiyanın keçmiş başçısı John Kelly ilə eyni vaxtda sorğu-sual edildiyini yazır. Kelly vəzifəsini ötən dekabrda tərk edib.

Trump komandasının iç çevrəsinə daxil olanlar xüsusi prokurorun suallarına cavab verməli olublar.

Sanders Trump-ın komandasına 2016-cı ildə müşavir kimi qoşulub və 2017-c ilin iyulunda mətbuat katibi təyin edilib.

Trump Rusiya ilə hər hansı sövdələşməni inkar edir və bu barədə təhqiqatı siyasi “əcinnə ovu” adlandrıır.

Xüsusi prokurorun təhqiqatı barədə danışarkən Sanders də “əcinnə ovu” ifadəsindən istifadə edib.

Rusiya 2016-cı ilin ABŞ seçkisinə hər hansı müdaxilə etdiyini təkzib edir, lakin ABŞ-ın xüsusi orqanlarının gəldiyi ümumi nəticə məhz belədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG