Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

“Sarı jiletli” aksiyaçılar yenidən Parisin küçələrinə çıxıblar


Parisdə etiraz aksiyası
Parisdə etiraz aksiyası

Fransada etirazlar davam edir.

Dizel yanacağına vergilərin artırılması və bahalaşmaya qarşı çıxan “Sarı jiletli” aksiyaçılar dekabrın 22-də yenidən Parisin küçələrinə çıxıblar.

Amma onların sayı əvvəlki həftələrlə müqaisədə az olub.

Reutersin məlumatına görə, Parisdə keçirilən aksiyaya saat 11 radələrinədək cəmi 800 adam çıxıb.

Aksiya zamanı zorakılıq halları və həbslər qeydə alınmayıb.

Ötən şənbə günü şəhərdə keçirilən nümayişə 4 minədıək adam çıxmışdı.

3 həftə əvvəl Pariasdə keçirilən etiraz aksiyası zamanı baş verənlər, 1968-ci ildən bu yana paytaxta baş verən ən böyük hərc-mərclik hesab olunur.

Həmin vaxt etirazçılar avtomobilləri yandırmış, bank və sığorta şirkətlərinin pəncərələrini sındırmış və mağazaları qarət eləmişdilər.

Bu etiraz aksiyalarında indiyədək 10 adam ölüb.

Bahalaşmaya qarşı başlayan kütləvi etirazlar, sonradan prezident Emmanuel Macrona, onun iqtisadi siyasətinə qarşı yönəldi.

Sonda hökumət güzəştə gedərək islahatları 6 aylıq dayandırdı və o gündən bu yana etirazlar getdikcə səngiyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG