Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:31

'Şanxay' sökülür?


Qatar relslərinin bir addımlığında insan həyatı
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

Qatar relslərinin bir addımlığında insan həyatı

«Bir həftədir evlərimizi ölçüb-biçib nömrələyirlər, deyirlər, «az qalıb, burda böyük söküntü olacaq. Ancaq evlərin çoxu «naxalstroy»dur deyə, kompensasiya olmayacaq»».

Bir həftədir ki, Bakının Nizami rayonu, Heydər Əliyev prospekti yaxınlığı, «Şanxay məhəlləsi» kimi tanınan, dəmiryol kənarında yerləşən ərazidə yaşayanların narahatçılığı artıb. Sakinlərin AzadlıqRadiosuna deməsinə görə, evlərinin söküləcəyi gün yaxınlaşdıqca, yuxuları ərşə çəkilib. Burada yaşayanları daha çox narahat edən söküntüdən sonrakı taleləridir.

AzadlıqRadiosunun videoqrupu bu məhəllələrdən əvvəllər də reportajlar hazırlayıblar. Bu dəfə «şanxaylılar» «Qaynar xətt»ə köçaköç xəbərdarlığından sonra düşdükləri çarəsiz durumdan danışıblar.

«MƏSLƏHƏT VERİRLƏR Kİ, ÖZÜNÜZƏ YER-YURD DÜZƏLDİN»

Pəhlivan Fərzəliyev küçəsinin sakini Aidə Quliyeva deyir, bir neçə gündür ki, qrup şəklində gələn şəxslər evlərdə və evlərin ətrafında ölçmə işləri aparırlar:

«Deyirlər, «lap az qalıb, yaxşı olar ki, köçünüzü tutasız, bir də gördüz ağır texnikalar məhəllələrdədir». Hələ məsləhət də verirlər ki, «indidən özünüzə yer-yurd düzəldin». Başa düşmürük, belə çıxır ki, bura söküləndə başımızın çarəsini təkbaşına düşünməliyik? Bizim düzəldə bildiyimiz yer-yurd bu idi, gəlib sökürlər, bundan sonra o yer yurdu necə tapaq, harada quraq? Bunların demələrindən belə çıxır ki, evlərimiz söküləndə yer-yurdumuzu özümüz düzəltməli olacağıq, hökumət əl qatmayacaq».

«EVİMİ HÖKUMƏTƏ MÜFTƏ VERMİŞƏM?»

Əfqan Qarayev deyir, keçmiş «Basin»dəki söküntü zamanı verilən cüzi kompensasiya ilə yalnız bu ərazidə özünə ev ala bilib:

«Ailəmi götürüb hara gedim, bilmirəm... «Basin»də dədə-baba evimi sökdülər, 16 min manat kompensasiyanı dava-dalaşla aldım bunlardan, 1 il gəzdim - dolaşdım, o qiymətə təkcə burda - dəmiryolunun kənarında ikiotaqlı, sınıq-sökük bir ev tapdım. İndi buranı da sökməyə hazırlaşırlar. İş orasındadır ki, heç pul vermək fikirləri də yoxdur. Görün necə oyun qururlar xalqa... Nəticədə belə çıxır ki, mən «Basin»dəki ata-baba evimi hökumətə müftə vermişəm. Çünki verdiyi qəpik-quruşa aldığım evdən də çıxarılmağıma az qalıb».

«SÖKÜNTÜ BU DƏQİQƏ BAŞLAMIR Kİ»

Nizami Rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, yalnız dəmiryoluna yaxın evlərdə ölçmə işləri aparılıb və həmin evlərin sökülməsi gözlənilir:

«Boş söhbətdir, dəmiryoldan kənardakı evlərə toxunulmayacaq. Dəmiryolun mühafizə zolağına düşən evlər planlaşdırılır. Yəni, dəmiryoldan 20 metr aralıdakı evlər... Həm də bu dəqiqə söküntü başlanmır ki... Ortada hələ heç Nazirlər Kabinetinin qərarı da yoxdur. Hələlik, inventarlaşdırma işləri aparılır».

Qurumdan o da bildirilib ki, hələ inventarlaşma işləri aparıldığından kompensasiya barədə danışmaq tezdir. Kompensasiya ilə bağlı qərarı da gələcəkdə Nazirlər Kabineti verəcək.

XS
SM
MD
LG