Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:00

Səfir: “Sanksiya məsələsində Azərbaycanla əməkdaşlığımızdan məmnunuq”


Earle D. Litzenberger
Earle D. Litzenberger

"ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta qədər əməkdaşlığımızdan çox məmnunuq".

Bunu bu gün, iyunun 25-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Örl Litsenberqer "Amerikanın Səsi"nin Vaşinqtonun Rusiya və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.

2015-ci ildə İran və «altılıq ölkələri» - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya, ABŞ arasında Birgə Hərtərəfli Fəaliyyət Planı qəbul edilmişdi. Həmin il iyulun 20-də planı BMT Təhlükəsizlik Şurası da təsdiq etmişdi. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunurdu. Ancaq 2017-ci ildə ABŞ prezidenti Donald Trump İranla bağlı yeni strategiyanı elan edib. D.Trump İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Bundan sonra ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxaraq İrana sanksiyalar məsələsini yenidən gündəmə gətirib. Sanksiyalar tədricən gücləndirilib. İran isə sanksiyaları əsaslı saymır.

Rusiyaya sanksiyalar isə əsasən 2014-cü il Krım böhranından sonra başlanıb. Rusiyaya sanksiyalar bu ölkənin Ukraynada işğalçılıq siyasəti ilə izah edilib. Rusiya da sanksiyaları əks tədbirlərlə qarşılayıb.

Azərbaycan rəsmiləri isə son illər istər Rusiya, istərsə də İranla əməkdaşlığın gücləndirildiyini bildirirlər.

XS
SM
MD
LG