Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:38

Sandu Rusiya ‘sülhməramlılarının’ Moldovadan çıxmasını tələb edir


Mayya Sandu
Mayya Sandu

Moldovada prezident seçilmiş Mayya Sandu Ukraynanın “Yevropeyskaya pravda” qəzetinə müsahibəsində deyib ki, o, ölkəsinin bir gün tam suveren olacağına inanır.

O bəyan edib ki, Dnestryanı separatçı bölgəsi bir gün Moldovanın hakimiyyəti altına qayıdacaq.

Bu bölgədə 1992-ci ildən bəri Rusiya sülhməramlıları yerləşdirilib və Kişinyovun dəfələrlə etdiyi tələblərə baxmayaraq, Moskva hərbçilərini bu respublikadan çıxarmaq istəmir.

Sandu deyib ki, o bu problemin dinc yolla həllinə tərəfdardır. O bir daha vurğulayıb ki, Rusiya Dnestryanıdakı münaqişənin tərəfidir.

Rusiyanın Moldovada uduzduğu seçki

Xanım Sandu Moldovanın federallaşdırılması ideyasına qarşı olduğunu bəyan edib.

Mayya Sandu deyib ki, Rusiya qoşunları onun ölkəsinin ərazisindən çıxmalıdır.

Hazırda Dnestryanıdakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Onların bir hissəsi sülhməramlı sayılır.

Bundan başqa Rusiyanın iddiasına görə onun hərbçilərinin bir hissəsi də Kolbasna kəndindəki silah anbarını mühafizə edir.

Noyabrın 15-də keçirilmiş seçkidə xanım Sanduya uduzan prezident İqor Dodon Rusiya qoşunlarının Moldovadan çıxarılması əleyhinədir.

Qarabağda rus sülhməramlıları: Gürcüstan və Moldova Rusiya hərbçiləri öz ərazilərindən çıxara bilmir
Gözlə

No media source currently available

0:00 0:12:31 0:00

Kiyevlə həmrəylik

Sandu öz çıxışında Dnestryanının Rusiya tərəfindən işğal olunduğunu deməyib, amma bildirib ki, separatçı rejim Moskvadan dəstək alır.

Sandu habelə deyib ki, Dnestryanı probleminin çözümü Ukraynanın Donbas regionunda yaranmış böhranın həllində nümunə ola bilər.

Krım yarımadası barədə suala cavab verərkən Mayya Sandu onu Ukrayna ərasizisi hesab etdiyini deyib.

Noyabrın 20-də Moldova Mərkəzi Seçki Komissiyası avropayönlü “Hərəkət və həmrəylik” partiyasının lideri Mayya Sandunun qalib gəldiyini elan edib.

O Dodondan 250 min artıq səs toplayıb.

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Gürcüstan və Azərbaycan təcrübəsi

Dnestryanı respublika SSRİ-nin dağılmasının ardınca öz müstəqilliyini elan etmiş müxtəlif separatçı bölgələrdən biridir.

Qərb təhlilçiləri bildirirlər ki, Rusiya bu kimi dondurulmuş münaqişələrdən keçmiş sovet respublikalarındakı nüfuzunu saxlamaq üçün istifadə edir.

Dağlıq Qarabağ son müharibəyə qədər “dondurulmuş münaqişələrdən” biri idi.

Lakin Azərbaycan son iki ay ərzində hərbi gücdən istifadə edərək işğal olunmuş ərazilərini azad edib.

Gürcüstan 2008-ci ildə separatçı Abxaziya və Cənubi Osetiya bölgələri üzərində suverenliyini hərbi güc vasitəsilə bərpa etməyə çalışanda Moskva bu münaqişəyə müdaxilə etmiş və bölgələrin müstəqilliyini tanımışdı.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG