Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:06

Bernie Sanders prezidentliyə namizəd yarışını dayandırır


Joe Biden (solda) və Bernie Sanders koronavirusa görə dirsəkləri ilə "salamlaşırlar"
Joe Biden (solda) və Bernie Sanders koronavirusa görə dirsəkləri ilə "salamlaşırlar"

ABŞ-da senator Bernie Sanders 2020-ci il prezident seçkisində demokratların namizədi olmaq uğrunda yarışı tərk edib.

The New York Times qəzeti yazır ki, Sandersin kampaniyanı dayandırması Demokrat Partiyasının başqa bir nümayəndəsi – keçmiş vitse-prezident Joe Biden-in partiyadan yeganə namizəd olmaq üçün yolunu açıb.

Bu yaxınlarda İllinoys, Arizona və Floridada keçirilən praymerizdə Biden Sandersə qalib gəlmişdi.

Biden bir neçə ştatda keçirilən praymerizlərdən sonra Sandersi xeyli geridə qoyurdu.

Koronavirus epidemiyası ilə bağlı ABŞ prezidentliyinə namizədlər artıq mitinq və seçici toplanışları keçirmirlər.

Demokratlardan prezident seçkisində namizəd olmaq üçün partiya qurultayının 3979 deputatından 1991 səs toplanması kafidir. Qurultay iyulun ortalaırnda keçirilməlidir.

Biden aprelin 7-nə olan məlumata görə 1271 nümayəndənin səsini toplaya bilib. Sandersin cəmi 914 səsi vardı.

Senator Bernie Sanders çox sayda gənc seçicinin dəstəyinə malik idi
Senator Bernie Sanders çox sayda gənc seçicinin dəstəyinə malik idi

Biden Sandersə təşəkkür edir

Cənab Sanders canlı video yayımında tərəfdarlarına deyib ki, onun kampaniyanı dayandırmaq qərarı “ağrılı” olub.

O bildirib ki, bəzi tərəfdarlarının onun yarışı son ştatadək davam etdirməsini istədiyini bilir:

"Əgər nominasiyaya gedən yolun ağlabatan olduğunu görsəydim, mən, əlbəttə, axıradək davam edərdim”.

Sanders habelə Joe Biden-i təbrik edib və bildirib ki, “mütərəqqi ideaları irəlilətmək naminə” onunla işləməyə hazırdır:

"Birlikdə dayanmaqla biz müasir Amerika tarixində ən təhlükəli prezident olan Donald Trump-ı məğlub edə bilərik”.

Joe Biden öz növbəsində senator Sandersə “Amerikanın maraqlaırnı uca tutduğuna” görə təşəkkürünü bildirib.

Hazırkı prezident Donald Trump Respublikaçılar Partiyasının aprelin 7-də İllinoysda keçirilmiş praymerizindən sonra 1301 səsə malikdir.

Ona namizəd olmaq üçün 2441 nümayəndədən 1276-sının səsini toplamaq lazım idi.

ABŞ-da prezident seçkisi bu il noyabrın 3-də keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG