Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:51

İlham Şaban: 'Mingəçevirdə də eyni səbəbdən qəza baş vermişdi'


İ.Şaban
İ.Şaban

Azərbaycanın enerji sektorunda son iki gündə iki qəza baş verib. Noyabrın 13-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən elektrik stansiyasında yanğın baş verib.

Noyabrın 14-də isə Samux rayonunda elektrik stansiyasında yanğınla nəticələnən partlayış olub.

«Azərenerji» ASC-dən birinci hadisə haqqında mətbuata deyilib ki, yanğın ehtiyat transformatorda olub: «Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb».

İkinci hadisə barəsində isə «sistem əhəmiyyətli» hadisə olmadığı bildirilib.

«Transformator yenə yağ idi...»

Enerji məsələləri üzrə ekspert İlham Şabanın AzadlıqRadiosuna söylədiyinə görə, son hadisələr enerji sistemini kökündən dəyişmək lazım olduğunu göstərir, bu, artıq modernizasiya məsələsi deyil.

«Nə baş verib? Havalar normaldır, elektrik enerjisinə tələbat hələlik artmayıb. Deməli, səbəb bununla bağlı deyil. Mən Şüvəlandakı yanğına da baxdım. Transformator yenə yağ idi, ətraf yenə yağ nəticəsində baş verən yağından yaranan qara tüstü idi. Yenə də yanğını söndürmək çətin idi. Çünki yağ nəticəsində törənən yanğın yüksək temperaturlu, yüksək mürəkkəblik dərəcəsi olan hadisədir. Mingəçevirdə də eyni səbəbdən qəza baş vermişdi. Orda da transformator sistemində qəza olmuşdu, burda da. Sadəcə, Mingəçevirdəki qəzanın miqyası böyük idi», – ekspert bildirir.

Hüseyn Arabul Azərbaycanda elektrik qəzasını şərh edir
Gözlə

No media source currently available

0:00 0:14:30 0:00

İ.Şaban deyir ki, görünür, texniki avadanlıqların istismar müddəti bitmək üzrə olanda nasazlıqlar ortaya çıxır və bu cür hadisələri qabaqlamaq üçün addımlar atılmalıdır.

Bu il iyulun 3-də Mingəçevirdə Elektrik Stansiyasında qəzadan sonra ölkənin böyük bir hissəsi saatlarla işıqsız qalıb. Elektrik enerjisi verilişi bərpa olunduqdan sonra ikinci dəfə qəza olub. Bundan sonra dövlət komissiyası yaradılıb. Dövlət müşavirəsində baş prokurorun dediyinə görə, Fövqəladə Hallar Nazirliyi son 3 ildə «Azərenerji» rəhbərliyinə 3 dəfə yazılı şəkildə bildirib ki, Mingəçevirdəki İES-də həm yağ sızması mövcuddur, həm də kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb.

Qəzanı «ciddi siqnal» adlandıran dövlət başçısı iki aya hazırlanan dövlət komissiyasının hesabatından sonra «Azərenerji» ASC-nin rəhbərini işdən uzaqlaşdırıb.

İ.Əliyev müşavirədə tədbirlər planı hazırlanmalı olduğunu bildirib. O deyib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyası ilə yanaşı, ölkənin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir.

Sizcə, "Azərenerji" rəhbərinin dəyişməsi elektrik təchizatında nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:00:30 0:00

«...sistem yenə çökəcək»

İ.Şaban hesab edir ki, hökumət beynəlxalq şirkətlərlə uzun-uzadı danışıqlar aparmamalıdır, açıq tender keçirməli və elektroenergetika sistemində köklü dəyişiklik aparmalıdır:

«İstehsal, ötürülmə, paylanma sistemində eyni vaxtda dəyişiklik aparılmalıdır. Yox, gedib hansısa İES-in modernizasiyasından yapışsalar, sistem yenə çökəcək. Bu, lokal səviyyədə həll olunacaq məsələ deyil. Energetika Nazirliyi qəzadan sonra hesabat hazırladı, ictimaiyyət üçün onun təfərrüatları açıqlanmadı, aradan 5 ay ötür. Artıq bu müddətdə real, praktik işlərə başlanmalı idi. Hökumətin yetərincə vəsaiti var, nəyi gözləyirlər, niyə yubadırlar, bilmirəm. Bunlar qısa müddətdə həllini tapacaq məsələlərdir».

Adının çəkilməsini istəməyən mütəxəssis AzadlıqRadiosuna deyir ki, Şüvəlandakı yanğın yeni tikilən blokun güc transformatorunda baş verib.

«O bloku yaponlar tikirdi, dəqiq nə baş verdiyini gizlədirlər. Samuxda baş verən qəza isə təəssüf ki, insan xətası üzündən baş verib. Gəncədə təhlükəsizlik texnikası və operativ əməliyyatda kobud səhvə yol verilib», – mənbə deyib.

AzadlıqRadiosu rəsmi qurumlardan cavab almağa çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG