Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:27

Nazir qardaşının zərərçəkmiş olduğu işdə hökm oxundu


Samir Nəbiyevə 6 il 10 ay cəza təyin olunub.
Samir Nəbiyevə 6 il 10 ay cəza təyin olunub.

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova görə cinayət məsuliyyətinə cəlb olunan Samir Nəbiyevin aylardır davam edən məhkəməsi yekunlaşıb.

Nazirin qardaşından 18 min manat və 2500 dollar pul alıb qaytarmamaqda suçlanan Samir Nəbiyevə 6 il 10 ay cəza təyin olunub.

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Buna da bax:​ Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi

Amma məhkəmə Nəbiyevə münasibətdə CM-nin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Onun cəzası iki il sınaq olmaqla, şərti hesab olunub və həbs edilməyib.

CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan Samir Nəbiyev özünü qismən təqsirli sayır. O, AzadlıqRadiosu-na deyib ki, hökmdən apellyasiya şikayəti verməyəcək.

“KİMİNSƏ PULUNU YEMƏK FİKRİM OLMAYIB”

"Mənim kimisə aldatmaq, kiminsə pulunu yemək fikrim olmayıb. Pulu birlikdə iş görüb qazanmaqdan ötrü almışdım. Əvvəlki aylarda qazancdan Əlikram müəllimə də vermişəm. Amma sonradan devalvasiya oldu, işlər korlandı, müflisləşdim", – Nəbiyevin sözləridir.

Buna da bax:​ 'Nazirin qardaşı yavan çörək versin, qapısında işləyim' - Məhkəmə

Nəbiyev Camalovdan 2014-cü ilin noyabrında 18 min manat, daha sonra 2500 dollar pul alıb. Razılaşmaya görə, Nəbiyev icarə əsasında işlətdiyi elektrik avadanlıqları mağazasına yeni mallar almalı, qazancın yarısını da nazirin qardaşına verməli imiş. Əvvəlki aylarda razılaşmaya əməl olunub. Amma sonradan Nəbiyev pul verə bilməyib, mağazanı bağlayıb. Bundan sonra Camalovla onun arasında notarial qaydada müqavilə bağlanıb. Müqaviləyə görə, 6 ay ərzində alınmış pul tam qaytarılmalı, həmçinin aylıq da əlavə olaraq, 1250 dollar verilməliydi. Samir Nəbiyev bu dəfə də pulu qaytara bilməyəndə Camalov polisə şikayət edib.

Məhkəmədə Camalovla Nəbiyevin vəkili arasında qalmaqal yarandı. Çünki vəkil bildirirdi ki, nazirin qardaşı sələmlə pul verib.

Buna da bax: Nazirin qardaşının işində 8 il həbs istənildi

Nəbiyev vəkilindən imtina edəndən sonra Əlikram Camalov da onu bağışladığını və şikayətçi olmadığını bildirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG