Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Aprel, bazar, Bakı vaxtı 17:50

Sayanda polisin özünü yandırmağa cəhd etdiyi bildirilir


Polis, arxiv foto

Salyan rayonunda polis əməkdaşının özünü yandırmağa cəhd etdiyi bildirilir.

"Report” xəbər verir ki, rayonun Xələc kənd sakini polis əməkdaşı Miri Bəxtiyar oğlu Fətiyev üzərində gəzdirdiyi yanacağı üstünə tökərək özünü yandırmağa cəhd edib.

Xəbərə görə, yanında olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində yanğın söndürülüb. Yüngül yanıq xəsarətləri alan M.Fətiyevin Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı qeyd edilir. İlk tibbi yardım göstərildikdən sonra onun Bakıya göndərildiyi deyilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinindən “Turan” agentliyinə də bu məlumatı təsdiqləyiblər:

"Əməkdaş özünü yandırmağa cəhd edib. Bunun nəticəsində yüngül xəsarətlər alıb. Hazırda vəziyyəti normaldır".

Qurumdan əlavə olunub ki, hadisənin səbəbləri hələ ki, məlum deyil: "Daxili İşlər Nazirliyinin aidiyyəti qurumu tərəfindən xidməti yoxlama aparılır".

Hələlik, bu açıqlamaya sözü gedən polis əməkdaşı və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG