Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:23

Bakıya gətirilmiş körpənin vəziyyəti sabitləşib, amma...


Illüstrasiya
Illüstrasiya

►İki körpəsini itirən ananın da təzyiqi tez-tez qalxıb düşür

İyunun 21-də Salyan rayon Mərkəzi Xəstəxanasından Səhiyyə Nazirliyinin Elmi Pediatriya İnstitutuna gətirilən körpənin vəziyyəti ağır olaraq qalır.

Bu haqda AzadlıqRadiosuna institutun yeni doğulanların reanimasiyası və intensiv terapiya şöbəsinin müdiri Solmaz Eyvazova məlumat verib:

“Körpə bura vəziyyəti olduqca ağır gəlib. Bu, kəskin ürək- damar çatışmazlığıyla bağlıydı. Burda onu dərhal küvezə yerləşdirmişik. Kəskin tənəffüs çatışmazlığı əlamətləri olduğundan o, süni ventilyasiya aparatına qoşulub. Vəziyyətini müəyyən qədər stabilləşdirmişik, ancaq yenə də ağırdır ”.

Həkim bildirir ki, doğum evinin göndərdiyi epikrizdə körpə 29 həftəlik göstərilir. Ancaq körpənin yaxınları onun 31 həftəlik olduğunu bildirir.

İyunun 21-ə keçən gecə Salyan rayon Mərkəzi Xəstəxanasında Mirzabitə Abdullayevanın dünyaya gətirdiyi üçəmlərdən ikisi vəfat edib. Yaxınları uşaqların oksigen çatışmazlığından öldüyünü deyir. Onlar bildirir ki, körpələr küvezə qoyulsalar da, xəstəxanada işıqlar kəsildiyindən küvez işləməyib və onlar ölüb. Ancaq Səhiyyə Nazirliyi bunu təkzib edir.

Hazırda uşaqların ölüm səbəbləri araşdırılır. Nəticələr iki həftəyə məlum olacaq.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

“Xəstəxananın şəraiti var ki, orda xəstə saxlayasan?”

Körpənin babası Nəcəf Nəcəfov AzadlıqRadiosuna deyib ki, ailə öz hüquqları uğrunda mübarizəni davam etdirəcək.

Hadisə ilə bağlı cinayət işi açılması isə onlarda körpələrin ölüm səbəblərinin ortaya çıxarılacağına ümid yaradıb. Nəcəf Nəcəfov uşaqların anası, qızı Mirzabitə Abdullayevanın da yaxşı durumda olmadığını, ancaq xəstəxanada şəraitsizlik ucbatından evdə müalicə aldığını bildirir:

“Xəstəxananın şəraiti var ki, orda xəstə saxlayasan? Ancaq puldur, pul. Ona görə qızı götürüb gəldik evə. Təcili yardım çağırırıq, iynə vurur, gedir, vəssalam. Cinayət işi açılıb, ümidimiz onadır. Bu işdən əl çəkən deyilik”.

Salyan rayon Mərkəzi Xəstəxanasının özünü təqdim etməyən əməkdaşı Nəcəf Nəcəfovun dediyini təkzib etdi. Xəstəxanada pasientlər üçün hər cür şəraitin yaradıldığını, tibbi xidmətin pulsuz olduğunu vurğuladı.

Baş Prokurorluq körpələrin ölümü ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açıb. Ölüm səbəblərinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"
XS
SM
MD
LG