Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:22

Gürcüstan seçkisində ikinci tur olacaq


Ana Mikeladze MSK-nın sözçüsü
Ana Mikeladze MSK-nın sözçüsü

Reuters yazır ki, Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri iki irəlidə gedən namizədin heç birinin birinci turda qalib gələ bilməyəcəyini və böyük bir ehtimalla ikinci turun keçiriləcəyini göstərib.

AzadlıqRadiosu müxbirinin verdiyi məlumata görə Mərkəzi Seçki Komissiyasının sədri Tamar Zhvania oktyabrın 29-da deyib ki,indiyədək seçki məntəqələrinin 67 faizində səslər sayılıb və bu nəticələrə görə Salome Zurabishvili 39.1, Grigol Vashadze isə 37.2 faiz səs toplayıb.

Hakim “Gürcü arzusu” partiyasından Fransa doğumlu keçmiş xarici işlər naziri Zurabishvili deyib ki, o, ikinci turda müxalifətin namizədi Vashadze ilə yarışmalı olacaq.

***

Hakim "Gürcü arzusu" koalisiyasının sifariş etdiyi ekzit-pol isə onların namizədi Salome Zurabishvilinin 52 faiz səs topladığını göstərir.

Bu ekzit-polu "Psixoproekt" şirkəti həyata keçirib.

--

Digər Ekzit-polun nəticələrinə görə, isə “Güc birlikdədir” müxalifət birləşməsinin namizədi Grigol Vashadze 40%, hakim “Gürcü arzusu” partiyasının namizədi Salome Zurabishvili həmçinin 40%, ”Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze isə 10% səs toplayır.

“Edison Research” şirkəti bu ekzit-polu “Rustavi 2” televiziyasının sifarişi ilə keçirib.

İlkin nəticələr yerli vaxtla saat 16:00-u əhatə edir.

--

Gürcüstanda prezident seçkisi, Tbilisi, 28 oktyabr 2018
Gürcüstanda prezident seçkisi, Tbilisi, 28 oktyabr 2018

Yerli vaxtla saat 17-dək seçkidə 39,1 faiz seçici iştirak edib.

Bu barədə AzadlıqRadiosunun Gürcüstan xidməti xəbər verir.

Komissiya sədri Anna Mikeladzenin sözlərinə görə bu göstərici saat 15:00-da 30,98, 12:00-da isə 15,95 faiz olub.

--

Yerli vaxtla saat 12-dək Gürcüstanda keçirilən prezident seçkisində təxminən 16 faiz seçici iştirak edib.

Bu barədə ölkənin mərkəzi seçki komissiyası məlumat yayıb.

Prezidentlik uğrunda 25 namizəd mübarizə aparır.

Onlardan 3-ü əsas iddiaçılar hesab olunurlar.

Bunlar keçmiş xarici işlər naziri, Gürcüstanın Fransadakı keçmiş səfiri Salome Zurabishvili, Mikhail Saakashvilinin “Vahid milli hərəkat” partiyasının namizədi-keçmiş xarici işlər naziriGrigori Vashadze və” Güc birlikdədir” birliyinin namizədi, həmçinin keçmiş parlament sədri David Bakradzedir.

Qeyd edək ki, Saloma Zurabişvilini hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Partiyanın lideri Bidzina İvanishvili hesab edir ki, hətta ikinci tur keçirilsə belə Zurabishvili qalib gələcək.

Marneuli0də seçki məntəqəsi, 28 oktyabr 2018
Marneuli0də seçki məntəqəsi, 28 oktyabr 2018

​Amma o seçkinin ikinci mərhələsinin keçirilməsinə ehtimalın çox az olduğunu deyir.

Keçmiş prezident və hazırda mühacirətdə yaşayan siyasətçi Mikhail Saakashvili isə bəyan edib ki, əgər hakimiyyət seçkinin nəticələrini Salome Zurabishvilinin xeyrinə saxtalaşdırmağa cəhd eləsə, onda ölkədə 2003-cü ildə baş verən “qızılgül inqilabı” kimi ”etiraz sunamisi” qalxacaq.

Son məlumatlara görə Zurabishvilinin qələbəyə şansı daha çoxdur və o Cənubi Qafqazda ilk qadın prezident ola bilər.

Ölkə konstitusiyasına görə, 5-ci prezidentin andiçmə mərasimindən sonra, artıq ölkədə növbəti prezident ümummilli seçki yolu ilə seçilməyəcək, dövlət başçısını parlamet üzvləri və yerli nümayəndə orqanlarının deputatlarından ibarət xüsusi assambleya seçəcək.

Seçkini yüzlərlə xarici müşahidəçi izləyir.

Prezident seçilmək üçün 50 faizdən artıq səs toplamaq lazımdır.

Əgər namizədlərdən heç biri bunu edə bilməsə, onda seçkinin ikinci mərhələsi keçiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG