Keçid linkləri

2025, 17 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:44

‘Salaam Cinema’ yerləşdiyi binadan çıxarıla bilər


Bakıda, Süleyman Rüstəm, 10 ünvanında yerləşən “Salaam Cinema” adlı həvəskar kinoteatr oradan çıxarıla bilər.

Gənclərin yaratdığı “Salaam Cinema”nın yerləşdiyi bina 1900-cu illərin əvvəlində tikilib və əvəllər kilsə kimi fəaliyyət göstərdiyi bildirilir.

Bir neçə gün əvvəl isə sosial şəbəkələrdə binanın söküləcəyi barədə iddialar yayılıb. Kinoteatrın əməkdaşları isə bildirdilər ki, “Salaam cinama”ya may ayının 15-nə kimi binanı tərk etmək tapşırılıb.

Bu gün, mayın 6-sı isə binaya polis əməkdaşları və mülk sahibinin nümayəndəsinin gələrək gənclərdən oranı tərk etməyi istədikləri bildirilir.

Gənclərin sözlərinə görə, onlara fiziki təzyiq də göstərilib. Binaya toplaşan gənclər oranı tərk etməyəcəklərini deyiblər.

“Biz buradan çıxsaq tarixi bina söküləcək və bizə rəsmi məktub lazımdır ki, binanın tarixi statusu araşdırılana qədər binada heç bir işlər aparılmayacaq, - deyə, fəallardan biri vurğulayıb.

Bütün bu baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və binanın mülkiyyət sahibindən münasibət almaq mümkün olmayıb.

Amma Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov Sputnik Azərbaycana bildirib ki, əgər bina tarixi abidələr siyahısına salınsa, qorunacaq:

“Siyahıya salındığı təqdirdə, bina özəl mülkiyyətdə olsa belə, orada söküntü işləri aparmaq mümkün olmayacaq. Ümumiyyətlə, Xidmətin siyahısında olan abidənin tarixi görkəminə hər hansı şəkildə xələl gətirilməsi qanunla qadağandır".

XS
SM
MD
LG