Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:31

Nyu York şübhəlisinin bacısı Amerikadan 'aman' istəyib


Sayfullo Saipov
Sayfullo Saipov

Nyu-York terror şübhəlisi Sayfullo Saipovun bacılarından biri AzadılıqRadiosuna deyib ki, onun ailəsi Sayfullonun təbliğat nəticəsində “beyninin yuyulduğuna” inanır. Özbəkistandakı evlərindən telefonla danışan bacı ABŞ hakimiyyət orqanlarından “vaxt” və “ədalətli mühakimə” rica edib.

27 yaşlı Umida Saipova oktybarın 31 baş vermiş hücum zamanı həlak olanların ailələrinə başsağlığı verib.

O deyib ki, anası, 50 yaşlı Muqaddas qardaşına Amerikada bu yaxınlarda baş çəkib və oğlunda heç bir qəribəlik hiss etməyib.

Saipov icarəyə götürdüyü kiçik yük avtomibilini velosipedçilərin və piyadaların üstünə sürüb onları əzdikdən sonra polis tərəfindən yaralanıb.

Bu insident Nyu York şəhərində əl-Qaeda ekstremist təşkilatının törətdiyi 11 sentybar təyyarə hücumlarından bəri ən ağır terror aktı sayılır.

Noyabrın 3-də İŞİD-ə bağlı media Saipovu “xilafət əsgəri” adlandırıb.

Saipovların Daşkənddəki evi
Saipovların Daşkənddəki evi

Saipovun bacısı deyib ki, qardaşının necə “yoldan çıxarıldığını” bilmir. O qardaşının hər hansı mütəşəkkil qrupun üzvü ola biləcəyini istisna etməyib.

Saipova deyib ki, qardaşının bu “zəhərdən” nə vaxt təmizlənəcəyini bilmir, amma onun “özünə gələcyinə” ümid edir.

Lakin Umida Saipova bunu da bildirib ki, ailə 2013-cü ildə Sayfullonun göndərdiyi toy şəklində uzun saqqalını görəndə həyəcanlanıb.

Onlar bir çox ekstremistlərin belə saqqal saxladıqlarını bilirdilər.

Bacı bildirib ki, onlar Saipovla hücumdan bir gün əvvəl telefonla danışıblar və o yaxşı əhvalda olub.

Sayfullo Saipov 2010-cu ildən ABŞ-da daimi oturum hüququ almışdı.

Saipov 31 oktyabr hücumundan əvvəl altı ay müddətində Nyu Cersi ərazisində Uber taksi sürücüsü işləyib.

Umida Saipova AzadllıqRadiosuna deyib: “Biz düşünmürük ki, onun barəsində dərhal ölüm hökmü verilməlidir. Biz ədalətli mühakiməyə ümid bəsləyirik. Biz ora gəlib, onunla danışmağa hazırıq. Lütfən mənim sözümü Trump-a çatdırın”.

Bu da xəbər verilir ki, Özbəkistan hüquq-mühafizə orqanları hazırda Saipovun valideynlərindən və dayısından ifadə alırlar.

Saipova deyib ki, hazırda atasının və dayısının harada olduqlarını bilmir.

O bildirib ki, anası ruhi sarsıntı ilə bağlı aparıldığı xəstəxanadan evə qayıdıb.

AzadlıqRadiosu bildirir ki, noyabın 3-də, sonrakı saatlarda Umida ilə əlaqə yaratmaq mümkün olmayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG