Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

97 yaşlı şahzadə qəza törətdiyinə görə sürücülük vəsiqəsini təhvil verib


Şahzadə Philip maşınla
Şahzadə Philip maşınla

Britaniya kraliçası II Yelizavetanın 97 yaşlı həyat yoldaşı şahzadə Philip sürücülük vəsiqəsindən könüllü imtina edib.

Reutersin fevralın 9-da verdiyi məlumata görə, buna səbəb ötən ay onun qəzaya düşməsi olub.

Bu barədə Bukinqem sarayından məlumat verilib.

Yanvarın 17-də şahzadənin idarə etdiyi avtomobil İngiltərənin şərqində, kral iqamətgahının yaxınlığında başqa bir maşınla toqquşub.

Şahzadəyə bir şey olmasa da digər avtomobildə olan 2 qadın-sürücü və sərnişin xəsarət alıblar.

Şahidlərin ifadəsindən bəlli olur ki, qəzanın səbəbkarı şahzadə Philip olub.

Bundan başqa polis təhlükəsizlik kəmərini taxmadığına görə ona xəbərdarlıq edib.

Polis şahzadənin sürücülük vəsiqəsinin alındığını təsdiqləyib.

Şahzadə Philip bu yaxınlarda elan edib ki, yaşına görə bir daha ictimai tədbirlərə qatılmayacaq. Amma hərdən ictimaiyyət arasında görünür.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG