Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:50

Şahid kimi ifadə verməyə gəldi, həbs olundu


Həbs
Həbs

Azərbaycan qanunvericiliyində məhkəməyə hörmətsizliyə görə cərimə, hətta həbs cəzası nəzərdə tutulub. Qanunun bu tələbi aprelin 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində tətbiq olunub.

Şahid qismində dindirilmək üçün məhkəməyə çağrılmış Nəsimi Hüseynovun özünü həbs ediblər.

48 SAATLIĞA HƏBS OLUNUB

N.Hüseynov CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə suçlanan tanışı Möhkəm Qurbanovun məhkəməsində ifadə verməyə çağrılmışdı. Qurbanov təqsirləndirilsə də, həbsdə deyil, onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

N.Hüseynov şahid qismində ifadə verərkən Qurbanovun xeyrinə danışmağa çalışıb. Onun cavabları bu işə baxan hakim Rauf Əliyevi qəzəbləndirib. Nəticədə hakimlə şahid arasında mübahisə yaranıb. R.Əliyev şahidin davranışını məhkəməyə hörmətsizlik kimi dəyərləndirərək, onun haqqında 48 saatlıq inzibati həbs qərarı çıxarıb.

N.Hüseynovu həbs etmək üçün məhkəməyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları çağrılıb.

HAKİM SÜRÜCÜNÜ DÖYDÜRÜBMÜŞ?

Hakim Rauf Əliyevin adı bir müddət öncə başqa bir qalmaqalda da hallanırdı. «Azpetrol» Şirkətlər Qrupunun sürücüsü İlqar Paşayev bildirirdi ki, R.Əliyevin işıqforu qırmızı işıqda keçərək qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə yaranıb. Nəticədə hakim maşından düşərək onu döyüb. O da hakimə eyni cür cavab verib. R.Əliyev hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəis müavini işləyən oğlu Bəhruz Əliyevi çağırıb. Nəticədə onu döyə-döyə idarəyə gətirib, özünə xuliqanlıq ittihamı ilə cinayət işi açıblar.

Hakim isə haqqında deyilənləri təkzib edir, əksinə, özünün zorakılığa məruz qaldığını deyirdi: «Həmin şəxs avtomobili təhlükəli sürürdü. Maşını, az qala, üstümə sürəcəkdi. Mən də ona əllə işarə etdim ki, bu necə maşın sürməkdir. İşıqforda gəlib mənə dedi ki, «mənə niyə əl elədin». Heç maşından düşməyimə də imkan vermədi».

R.Əliyev oğlunun hadisə yerinə gəlməsi haqda deyilənləri də yalanlayıb. Bildirib ki, İlqar Paşayevi Binəqədi rayon Polis İdarəsinə gətirib, orada izahat verəndən sonra idarədən çıxanda oğlu ilə qarşılaşıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG