Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:15

Sahibkarların vahid reyestri yaradılacaq. Nə dəyişəcək…


Şuşada biznes qurmaq üçün nə lazımdı?
Gözlə

No media source currently available

0:00 0:03:02 0:00

Şuşada biznes qurmaq üçün nə lazımdı?

Bugünlərdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" Qanun layihəsi müzakirə edilib. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli qərarı ilə "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları" təsdiqlənib. İşçilərin sayı 1-10 nəfər, illik gəliri 200 min manat olan mikro sahibkar, işçilərin sayı 11-50, illik gəliri 200 min - 3 milyon manat arası – kiçik sahibkar, işçilərin sayı 51-250, illik gəliri isə 3-30 milyon aralığındakılar isə orta sahibkar hesab olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) "Turan"a bildirilib ki, layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri aparılacaq: "Səlahiyyətli qurum mikro, kiçik və orta sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradacaq".

N.Bəydəmirli
N.Bəydəmirli

"O işləmirsə, yeni qanunun işləyəcəyinə inanmıram"

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda zaman-zaman müxtəlif növ fəaliyyətlər haqqında qanunlar qəbul olunur: "Pambıq, tütün haqqında ayrıca qanunlar var. Bu qanunları qəbul edənlərin məntiqi ilə belə çıxır ki, hər məhsul üçün qanun qəbul edilməlidir. Hazırda "Sahibkarlıq fəaliyyəti haqqında" Qanun var. O işləmirsə, yeni qanunun işləyəcəyinə inanmıram".

O hesab edir ki, Azərbaycanda ən başlıca görülməli iş inhisarçılığın ləğvi, məmurların biznes fəaliyyətinə qadağa qoyulması və antikorrupsiya qanunvericiliyinin işlək vəziyyətə gətirilməsidir: "Hökumət sahibkarlıq subyektlərinin normal işləməsi üçün eyni oyun qaydalarını hamıya tətbiq etməlidir. Sahibkarın böyük və ya kiçik olmasından asılı olmayaraq onların hüquqları təmin olunmalıdır. Yəni, dövlət subsidiyalar adı altında böyük sahibkarların, əslində isə məmur sahibkarlığının maliyyələşdirilməsindən vaz keçməlidir. Digər tərəfdən isə, sahibkarların maliyyə resurslarına çıxışı asanlaşdırılmalıdır, bank faizlərinin aşağı salınması üçün konseptual addımlar atılmalıdır".

Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

"Bir çox sahibkar bankrot olmağa daha yaxındır..."

İqtisadçının fikrincə, hazırda sahibkarlıqla bağlı vəziyyət daha da kəskinləşib: "Apardığım monitorinqlər onu göstərir ki, qiymətlərin bahalaşması, xidmətlərin və rəqabətin süni olaraq məhdudlaşdırılması sahibkarlıq subyektlərin əhatə dairəsini azaldır. Yəni, bir çox sahibkar bankrot olmağa daha yaxındır, nəinki inkişaf etməyə".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG