Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 15:14

Güzəştli kredit almaq asanlaşacaqmı?


Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?
Gözlə

No media source currently available

0:00 0:05:21 0:00

Fermer 13 bankdan 'yox' cavabı alırsa, dövlətin sahibkara dəstəyi necə olur?

10 min manatadək güzəştli kreditin alınmasının daha da asanlaşdırıldığı bildirilir. İqtisadiyyat Nazirliyinin yanında Sahibkarlığın İnkişafı Fondunun biznes subyektlərinin güzəştli kreditlərə çıxış imkanlarını genişləndirdiyi açıqlanıb. Nazirlikdən vurğulanıb ki, həmin məbləğədək güzəştli kreditlərin əldə olunmasında əsas çətinlik sahibkarların investisiya layihələri üzrə fəaliyyət göstərəcəkləri yerə dair sənəd təqdim edə bilməmələridir. Açıqlamaya görə, bu çətinliyin aradan qaldırılması məqsədilə sahibkarlar üçün "Bildiriş forması" hazırlanıb.

"Böyük bürokratik əngəllər var"

Bakıda sahibkarlıqla məşğul olan Elşad Əliyev (adı şərtidir) AzadlıqRadiosuna bildirib ki, kredit almaq üçün prosedur çox çətindir: "Böyük bürokratik əngəllər var. O qədər sənəd istəyirlər ki, onları yığıb təsdiqlətmək üçün bir ay vaxt lazımdır".

Onun sözlərinə görə, əsas çətinliklər kredit təşkilatlarında başlayır: "Güzəştli krediti nəyisə bəhanə edib çox vaxt vermirlər. Adi kreditin isə faizi çox yüksəkdir. Ondansa borc götürüb işini görmək daha sərfəlidir".

"Sənədlərin sayı azaldılıb"

Sahibkarlığın İnkişafı Fondundan isə "Turan"a bildirilib ki, sentyabrın 1-dən güzəştli kreditlər üçün tələb olunan sənədlərin sayı azaldılıb: "Əvvəl fiziki şəxslərdən 10, şirkətlərdən isə 12 sənəd tələb olunurdusa, hazırda həmin sənədlərin sayı, müvafiq olaraq, dörd və altıya endirilib. Bundan başqa, müvəkkil kredit təşkilatlarının Fonda daxil olan sənəd siyahısı altıya endi. Həmin sənədlərin notarial təsdiqinə də ehtiyac yoxdur".

Qeyd olunur ki, indiyədək sahibkar 20 min manatdan artıq güzəştli kredit üçün müraciət etdikdə onların əməkdaşları həmin investisiya layihəsinin yerləşdiyi əraziyə ilkin baxış keçirirdilər: "İndi isə ilkin monitorinqlər 50 min manatdan yuxarı kredit götürəndə tətbiq olunacaq. Bu qaydanın dəyişməsi sahibkarlar üçün kredit götürmə müddətini də qısaldacaq".

"47.4 milyon manat güzəştli kredit ayırıb"

Fondun məlumatına görə, bu ilin səkkiz ayında sahibkarlara üç istiqamət üzrə maliyyə dəstəyi göstərilib: "Güzəştli kredit üzrə fond 945 investisiya layihəsinə 47.4 milyon manat güzəştli kredit vəsaiti ayırıb".

İqtisadçı, işadamı Nazim Bəydəmirli isə AzadlıqRadiosuna bildirib ki, sahibkarlığa dəstək məsələsində müvəkkil kredit təşkilatları özlərinə yaxın olan məmur sahibkarlara milyonlar verir, kiçik sahibkarlara isə gözdən pərdə asmaq üçün xırda məbləğlər ayrılır. Onun sözlərinə görə, daha bir problem bank kredit faizlərinin yüksək olmasıdır: "Pul bahadır Azərbaycanda, ona görə də hər kəs çalışır ki, dövlət vəsaiti hesabına güzəştli kreditdən yararlansın. Büdcədən həmin vəsaitlər müvəkkil banklara 1 faizlə ayrılır, onlar da üstünə 4-5 faiz gəlirlər. Amma nəticədə bu mexanizm sahibkarlığın inkişafına gətirib çıxarmadı".

N.Bəydəmirli
N.Bəydəmirli

"Hökumət kredit faizlərinin aşağı olmasında maraqlı görsənmir"

İşadamı hesab edir ki, sahibkarların ümumi kreditlərə çıxışı asan olmalıdır: "Burada çoxlu bürokratik əngəllər var. Şəxsən mən sahibkar olaraq müraciət etmişəm. Çoxlu sənədlər lazımdır, banklar girov tələb edirlər, əsasən, onu qiymətləndirirlər. Azərbaycan hökuməti indiki durumda bank kredit faizlərinin aşağı olmasında maraqlı görsənmir. Necə olur ki, ölkədə biznes kreditləri 14-15 faiz, istehlak kreditləri isə 30 faiz olsun?".

"Ölkədə bank monopoliyası var"

N.Bəydəmirlinin fikrincə, ölkədə bank monopoliyası var: "Mövcud şərtlərə görə, hər kəs bank aça bilməz, minimum nizamnamə kapitalı 50 milyon olmalıdır. Dövlət özü investisiya layihələrinə çoxlu vəsait ayırır, o vəsaitlər məmur sahibkarları vasitəsilə yuyulur, dövriyyə edir və nəticədə gəlir yenə həmin adamların bank depozitlərinə oturur. Bank da həmin məmurlara məxsusdur. Yəni bank sahibləri həm də bizneslə məşğuldurlar və aşağı faizlə kreditlərini öz şirkətlərinə ayırır. Ona görə də banklar müraciət edənlərin çoxluğunda maraqlı deyil".

Mövzu ilə bağlı ölkədə fəaliyyət göstərən müvəkkil banklarla danışmaq mümkün olmayıb. Amma, bir qayda olaraq, bank rəhbərliyi belə şikayətləri qəbul etmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG