Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 18:03

Sahibiylə «danışan» telefon satışda

Foto illüstrasiya
Foto illüstrasiya

-

Yaponiyanın məşhur texnologiya şirkətlərindən biri süni intellektə əsaslanan telefon satışa çıxarıb.

Uzunluğu 19.5 santimetr, çəkisi təxminən 390 qram olan aparat səslə idarə olunur.

Telefon sahibiylə «danışa-danışa», tədricən onun vərdişlərini, maraqlarını öyrənir və bunlara uyğun davranır.

Robot telefon istifadəçiyə hava proqnozu və ya televiziya proqramı haqqında məlumat verə, iş yoldaşının zəng etdiyini xəbərləyə, istənməyən zəngləri qəbul etməyə bilər.

Cihaz insanları üzdən və ya səsinə görə tanıya bilir.

Aparat hətta gəzməyi və rəqs etməyi də bacarır.

This item is part of
XS
SM
MD
LG