Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

SAG mükafatları: ‘Tüfeyli’ - baş prizi aldı


Tüfeyli filmindən kadr
Tüfeyli filmindən kadr

Ötən bazar günü Los Ancelesdə ABŞ Kinoaktyorlar Gildiyası (SAG) mükafatlarının təqdimat mərasimi keçirilib.

Bu, 1995-ci ildən bəri mükafatın 26-cı təqdimetmə mərasimi sayılır.

Cənubi Koreya istehsalı olan “Tüfeyli” (Parasite) filmi aktyorlar heyətinin ən yaxşı oyununa görə SAG mükafatına layiq görülüb.

Joaquin Phoenix “Coker” (Joker) filmindəki roluna görə “ən yaxşı kişi aktyor”, Renée Zellweger-sə “Cudi” (Judy) filmindəki işinə görə “ən yaxşı qadın aktyor” nominasiyasının qalibi olub.

Brad Pitt “Bir zamanlar Hollivudda” (Once Upon a Time in Hollywood) filmindəki, Laura Dern-sə “Evlilik hekayəsi” (Marriage Story) filmindəki roluna görə uyğun olaraq ən yaxşı köməkçi aktyor və aktrisa mükafatlarına layiq görülüblər.

“Tac” (The Crown) serialının aktyor heyəti ən yaxşı komanda nomnasiyasının qalibi olub. Jennifer Aniston “Səhər şousu” (The Morning Show) serialındakı roluna görə ən yaxşı aktrisa, Peter Dinklage “Taxt-tac oyunları”ndakı (Game of Thrones) roluna görə ən yaxşı aktyor seçilib.

Təqdimat mərasimi aparıcısız keçib

Kino və televiziyada ən yaxşı “hərəkət” səhnələrinə görə SAG mükafatları “Qisasçılar: Oyunun sonu” (“Avengers: Endgame”) və “Taxt-tac oyunları (“Game of Thrones”) filmlərinə verilib. Mərasim zamanı Leonardo Di Caprio 56-cı fəxri SAG mükafatını Robert De Niro-ya təqdim edib.

Builki təqdimat mərasimi aparıcısız keçib.

Filmdə aktyor heyətinin oyunu nominasiyasında digər qalib filmlər bunlardır:

Qalmaqal (Bombshell), “İrland” (The Irishman), “Dovşan Coco” (Jojo Rabbit), “Bir zamanlar Hollivudda” (Once Upon a Time in Hollywood).

Baş qadın rolunun ifaçısı nominasiyasında qalib Renée Zellweger-dən başqa “Harriet” filmindəki roluna görə Cynthia Erivo, “Evlilik hekayəsi”ndə baş rolun ifaçısı Scarlett Johansson, “Biz” (Us) filmndəki roluna görə Lupita Nyong'o, habelə “Qalmaqal”dakı ifasına görə Charlize Theron mükafatlandırılıb.

Baş kişi rolunun ifaçısı nominasiyasında Joaquin Phoenix qalib olsa da, “Ford Ferrariyə qarşı” (Ford v Ferrari) filmindəki işinə görə Christian Bale, “Bir zamanlar Hollivudda”kı roluna görə Leonardo DiCaprio, “Evlilik hekayəsi”ndəki işinə görə Adam Driver və “Rocketman” filmindəki rolun ifasına görə Taron Egerton da mükafata layiq görülüblər.

Digər mükafatçılar

İkinci dərəcəli qadın rolunun ifaçısı nominasiyasında qalib Laura Dern-dən (Evlilik hekayəsi) başqa Scarlett Johansson (Dovşan Coco), Nicole Kidman (Qalmaqal), Jennifer Lopez (Uoll-strit qızları (Hustlers)) və Margot Robbie (Qalmaqal) də mükafatlandırılıb.

İkinci dərəcəli kişi rolunun ifaçısı nominasiyasında Brad Pitt (Bir zamanlar Hollivudda) qalib gəlib. Digər mükafatçılarsa “Sadəcə mərhəmət” (Just Mercy) filmindəki roluna görə Jamie Foxx, “Məhəllədə gözəl bir gün” (A Beautiful Day in the Neighborhood) filmindəki işinə görə Tom Hanks, “İrland” filmindəki ifasına görə Al Pacino və Joe Pesci olub.

Komanda oyunu nominasiyasının mükafatçıları

Dram serialında komanda oyunu nominasiyasında qalib “Taxt-tac” serialı olub.

Digər mükafatçılarsa “Böyük kiçik yalanlar” (Big Little Lies), “Taxt-tac oyunları”, “Qulluqçu qadının hekayəsi” (The Handmaid's Tale), “Daha qəribə şeylər” (Stranger Things) seriallarıdır.

Dram serialında ən yaxşı qadın rolunun ifaçısı nominasiyasında qalib Jennifer Anistondan (“Səhər şousu”) başqa “Taxt-tac”dakı rollarına görə Helena Bonham Carter və Olivia Colman, “Evanı öldürərkən” (Killing Eve) serialındakı roluna görə Jodie Comer, “Damazlıq qadının hekayəsi”ndəki ifasına görə Elisabeth Moss da mükafatlandırılıb.

Dram serialında ən yaxşı kişi rolunun ifaçısı nominasiyasında qalib “Taxt-tac oyunları” serialındakı işinə görə Peter Dinklage olub. Digər laureatlarsa “Bu bizik”dəki (This is Us) roluna görə Sterling K. Brown, “Səhər şousu”ndakı işinə görə Steve Carell və Billy Crudup, habelə “Daha qəribə şeylər”dəki ifasına görə David Harbour-dur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG