Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 03:36

Safronov ‘kars’a salınıb


İvan Safronov məhkəmədə, iyun, 2021-ci il
İvan Safronov məhkəmədə, iyun, 2021-ci il

Bu ilin əvvəlindən Safronovun məktub alması və göndərməsi qadağan edilib

Rusiyada tanınmış keçmiş jurnalist İvan Safronov təcridxananın daxili qaydalarını pozmaq iddiasıyla təkadamlıq kameraya salınıb. Onun suçlandığı dövlətə xəyanət ittihamı siyasi motivli hesab edilir.

Anasına zəng etməyin qarşılığında...

Moskvadakı İctimai Monitorinq Komissiyasının üzvü Boris Klin noyabrın 3-də bildirib ki, Safronov üç günlüyə “kars”a salınıb. Onun televizorun keyfiyyətini artırmaq üçün kameranın divarına TV antenası yapışdırdığı deyilir ki, təcridxanada buna icazə verilmir.

Qaydalara görə, Safronov təkadamlıq kamerada xüsusi həbsxana forması geyinməyə vadar edilib. O, yatarkən üzünə yuxu maskası taxmağa icazə verilməməsindən gileylənib. “Kars”da işıqlar heç vaxt söndürülmür və bəzi hüquq fəalları bunu işgəncə forması sayırlar.

Bu ilin əvvəlindən Safronovun məktub alması və göndərməsi yasaqlanlb. O, bir ildən çoxdur yaxınları ilə telefonla danışa bilmir. İyunda müstəntiqlər ona informasiya mübadiləsi qarşılığında anasına zəng etməyi təklif ediblər. Safronov imtina edib.

Məxfi informasiya

Rusiyanın “Roskosmos” kosmik agentliyinin 31 yaşlı keçmiş müşaviri 2020-ci ilin iyulunda Çex Respublikasına gizli informasiya ötürməkdə ittiham olunub. Onun 2017-ci ildə Rusiyanın Yaxın Şərqə silah satışına dair informasiya sızdırdığı bildirilir.

Safronova İsveçrədə bir universitetə və Almaniyanın kəşfiyyat xidmətinə məxfi informasiya ötürməklə bağlı əlavə ittiham irəli sürülüb. Vəkili İvan Pavlov bu açıqlamanı noyabrın 2-də yayıb.

Safronov ittihamları dəfələrlə rədd edib, tərəfdarları Moskvada və digər şəhərlərdə ona azadlıq tələbilə piketlər keçiriblər.

İnsan haqları təşkilatları bəyanatlarında Safronova azadlıq tələb edib, Rusiyada narazılara təzyiqin artmasından narahatlıq bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG