Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 00:04

Saday Şəkərli: “20 ildir, nazirlə haqq-salamımız var”


Saday Şəkərli
Saday Şəkərli

►“Həmin vaxt onun telefonunda iki ay imiş ki, kontur yox imiş. Özləri zəng edib çağırıblar”​

"İyirmi ildir, Fazil Məmmədovla (Vergilər naziri-red.) haqq-salamımız var. Ona düzgün məlumat çatdırmayıblar. Bildiyimə görə, yalan məlumat çatdıran Asif Cahangirovu da işdən azad edib. Bütün ittiham aktı yalandan ibarətdi".

Bunu həbsdə olan şair Saday Şəkərli məhkəmədə çıxışında deyib.

“CİNAYƏT İŞİ QƏRƏZLİDİR”

Martın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Saday Şəkərlinin işi üzrə məhkəmə prosesi başlayıb. Şair Vergilər Nazirliyinin yüksək vəzifəli şəxsləri barəsində rüsvayedici məlumatlar yaymaq hədəsilə pul tələb etməkdə ittiham olunur.

Məhkəmədə Saday Şəkərlinin vəkilləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov bir neçə vəsatət qaldırıblar. İlk vəsatət onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda olub.

"Saday Şəkərli Azərbaycan, eləcə də Rusiya və Başqırdıstan Yazıçılar Birliyinin üzvüdür. Kifayət qədər nüfuzlu şəxsdir. Onun barəsindəki cinayət işi qərəzli, sifarişlidir. Bu işdə cinayət tərkibi yoxdur. Saday Şəkərlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanının irəli sürdüyü arqumentlər də aradan qalxıb. Üstəlik, səhhətində də ciddi problemlər var, şəkərin ağır formasından əziyyət çəkir", - deyə Fəxrəddin Mehdiyev bildirib.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Vəkil həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin şairin həbsdən buraxılmasından ötrü baş prokurora ünvanladığı məktubu məhkəməyə təqdim edib.

“NECƏ HƏDƏ-QORXU İLƏ TƏLƏB EDƏ BİLƏRDİ ”

Digər vəkil Bəhruz Bayramov da ittihamın əsassız olduğunu deyib:

"Adam kitabında göstərdiyi köməyə görə Fazil Məmmədova təşəkkür edib. O, necə hədə-qorxu ilə onlardan nəsə tələb edə bilərdi? Saday Şəkərlinin həbsdə saxlanması üçün heç bir əsas yoxdu".

Məhkəmədə zərərçəkmişin nümayəndəsi qismində Vergilər Nazirliyinin əməkdaşı Ramin Nəcəfov iştirak edir. Vəkillər iş üzrə zərərçəkmiş statusuna xitam verilməsini istəyiblər.

Fəxrəddin Mehdiyev:

"Praktikada belə abstrakt ittiham görməmişəm. Konkret kimin barəsində olub rüsvayedici məlumat? Həmin məlumat nədən ibarət olub? Nədən ziyan çəkib? Zərərin ölçüsü nədən ibarətdi? Belə cinayət işi olar? Məhkəmə heç buna vaxt sərf eləməməlidir".

“GÖTÜRÜB NÖMRƏYƏ 1 MANATLIQ KONTUR VURUBLAR”

Bəhruz Bayramovun sözlərinə görə, ittiham aktında Saday Şəkərlinin zəng edib hədə-qorxu ilə pul tələb etdiyi göstərilib:

"Halbuki, həmin vaxt onun telefonunda iki ay imiş ki, kontur yox imiş. Özləri zəng edib çağırıblar. Zəngin kimdən getdiyinin müəyyənləşdirilməsi üçün xahiş edirəm, mobil operatora sorğu verilsin".

Saday Şəkərli də heç kimə zəng etmədiyini vurğulayıb: "Vəkillərim bu məsələni qaldırandan sonra götürüb nömrəyə 1 manatlıq kontur vurublar. Bu rüsvayçılıqdı..."

Vəsatətlərdən yalnız mobil operatora sorğu verilməsi təmin olunub. Məhkəmə baxışı aprelin 1-nə təyin olunub.

Şair Saday Şəkərli ötən il dekabrın 23-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb. Rəsmi məlumata görə, şair Vergilər Nazirliyinin vəzifəli şəxsinin müraciəti əsasında həbs olunub.

Buna da bax: İntiqam Əliyev azadlıqda

İntiqam Əliyev azadlıqda
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG