Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 06:47

Saday Şəkərlinin cəzası yüngülləşdi


Saday Şəkərli
Saday Şəkərli

Şair Saday Şəkərliyə 10 il həbs cəzası verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Avqustun 3-də Bakı Apellyasiya Məhkəməsində Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar verib.

Qərara əsasən, şairə qarşı CM-nin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsi ilə irəli sürülmüş ittiham 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə - zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəyə tövsif edilib. Bununla da cəza 10 ildən 5 ilə endirilib.

Saday Şəkərlinin vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək: «Çünki Saday Şəkərli günahsızdır və ona bəraət verilməli idi».

Buna da bax - Saday Şəkərli: '20 ildir, nazirlə haqq-salamımız var'

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində mayın 16-da çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib.

Lakin şair ittihamı rədd edir və həbsini tənqidi məzmunda olan «Qurd ürəyi» adlı kitabının çapı ilə əlaqələndirib. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

Saday Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub.

XS
SM
MD
LG