Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

"Qeydiyyatı olmayan dini təşkilat bəyanat verə bilməz"


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

“Sabunçu olayının dinə aidiyyatı yoxdur. Əgər kimsə qanunu və asayişi pozursa və həmin şəxs məscidə gedib-gəlirsə bunu dinə aid etmək olmaz”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 5-i Bakının Sabunçu rayonu ərazisində baş verən olaya münasibət bildirərkən belə deyib. Komitə sədri ANS TV-yə müsahibə verib.

Söhbət noyabrın 5-i gecə saatlarında bir qrup dindarın Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanamasına etiraz olaraq Sabunçu rayon polis idarəsinin qarşısna toplaşmasından, polislə qarşıdurma yaranmasından gedir.

Dindarlar Elçin Qasımovun heç bir günahı olmadığını, yalnız hakimiyyətin ünvanına sərt tənqidi çıxışlarına görə saxlandığını deyirlər.

Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda isə deyilir ki, Bakıda Sabunçu rayonu ərazisində "ictimai qaydanı pozmaq və xırda xuliqanlıq hərəkətlərinə yol verdiklərinə görə Bakı şəhər sakinləri Elçin QasımovSahib Həbibov rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanıblar."

O da qeyd olunur ki, buna etiraz olaraq özlərini dini hərəkatın tərəfdarları adlandıran və ümumi sayı 60 nəfərədək olan bir qrup şəxs həmin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilməsi tələbi ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəriblər. Aksiya iştirakçılarından 8-i saxlanılıb və onların barəsində 10 gündən bir ayadək inzibati həbs tətbiq edilib.

Mübariz Qurbanlı deyib ki, rəsmiləşməyən heç bir dini təşkilat Azərbaycanda bəyanat yaymaq hüququna malik deyil:

“Bir də görürsüz ki, qeydiyyatı olmayan və rəsmləşməyən bir dini təşkilat yaradılır. Belə təşkilatlara bəyanat yaymaq və söz deməyə kim icazə verir? Azərbaycanda din adından fətva vermək hüququ ancaq Qafqaz Müsəlmanlar İdarəsinə aiddir. Özündən uydurma təşkilat yaradıb, Azərbaycan İslam camiəsi adından çıxış etmək hüququ heç kəsə verilməyib”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG