Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:06

Bakı-Sabunçu qatarı üç gün işləməyəcək


Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarlarının hərəkəti 3 gün ərzində dayandırılır.

Bu barədə “Azərbaycan Dəmir Yolları” qapalı Səhimdar Cəmiyyətinin (QSC) açıqlamazında bildirilir.

QSC qeyd edir ki, təmirlə əlaqədar mayın 31-də, iyunun 1-də və 2-də (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu elektrik qatarlarının hərəkəti dayandırılacaq.

İyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.

Yeni hərəkət cədvəli haqqında əlavə məlumat verilməlidir.

Xatırlatma

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpikdir.

Bu il mayın 21-də Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı olub. Mərasimdə prezident İlham Əliyev iştirak edib.

2018-2019-cu illərdə Bakı sərnişin-Sabunçu dəmir yolu yenidən inşa olunub. Layihənin tərkib hissəsi olan Sabunçu dəmir yolu vağzalı tamamilə yenidən qurulub. Dəmir yolunda Sabunçu stansiyası XX əsrdən fəaliyyət göstərib.

XS
SM
MD
LG