Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Keçmiş prezidentin mühakiməsinə yol açan qanun qəbul edilib


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambaev

Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin mühakimə edilməsinə çağırışlardan sonra qəbul edilmiş qanun layihəsi keçmiş prezidentlərə mühakimədən immunitet versə də, onların “keçmiş prezident” statusundan məhrum edilməsini mümkün edir.

Aprelin 4-də parlamentdə 111 leyhinə, 3 əleyhinə nisbəti ilə qəbul edilmiş qanunvericilik aktında deyilir ki, Baş Prokurorluq tərəfindən “xüsusilə ciddi cinayətlərdə” ittiham olunduğu təqdirdə keçmiş prezidentin toxunulmazlıq statusu ləğv oluna bilər.

Lakin prezident Sooronbai Jeenbekov tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək bu qanunun mətnindən “xüsusilə ciddi cinayət” anlayışının nə olduğu məlum olmur.

Atambayev 2017-ci il prezident seçkisində özünün keçmiş baş naziri Jeenbekovun namizədliyinə nail olmuşdu
Atambayev 2017-ci il prezident seçkisində özünün keçmiş baş naziri Jeenbekovun namizədliyinə nail olmuşdu

Qanun layihəsinin müəlliflərindən biri – Onuguu-Tərəqqi partiyasından Iskhak Masaliev deyib ki, o qanunun yekun mətninə qarşı olub.

Masaliev deyib ki, layihənin ilkin mətnində söhbət keçmiş prezidentlər üçün immunitetin ləğvindən gedirdi, lakin son variantda əksinə, toxunulmazlıq gücləndirilmiş oldu.

Bu qanun layihəsi ötən oktyabrda Konstitusiya Məhkəməsi keçmiş prezidentlərə ömürlük toxunulmazlığın verilməsinin Konstitusiyaya zidd olduğu barədə hökm verdikdən sonra tərtib olunmuşdu.

Qanun layihəsi bir sıra millət vəkillərinin və siyasətçilərin keçmiş prezident Atambayevin prezidentlik müddətindəki qərarlarının təhqiqatına çağırışlarından sonra ötən dekabrda birinci oxunuşda qəbul edilmişdi.

Lakin sonradan layihəyə bir neçə millət vəkillərinin təklifləri ilə düzəlişlər edilmişdi.

Keçmiş prezidentlərin immunitetdən məhrum edilməsi barədə müzakirələr indiki və keçmiş prezidentlər Jeenbekov və Atambaev arasında qarşıdurmanın ardınca başlanmışdı.

Konstitusiyanın imkan verdiyi 6 illik prezidentlik müddəti başa çatan Atambayev 2017-ci il prezident seçkisində özünün keçmiş baş naziri Jeenbekovun namizədliyinə nail olmuşdu.

Lakin Jeenbekov prezident seçildikdən sonra onların arası dəyib.

Atambayevin bir neçə adamı korrupsiya ittihamları ilə həbs olunub.

XS
SM
MD
LG