Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Dağlara qar yağacaq


arxiv
arxiv

-

Dekabrın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, günün ikinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində səhər və gündüz bəzi yerlərdə hava yağıntılı olacaq. Sulu qar, dağlıq ərazilərdə qar yağacağı, zəif duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək.

XS
SM
MD
LG