Keçid linkləri

2026, 26 Avqust, çərşənbə, Bakı vaxtı 07:59

“Sabah” UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanıb

Azerbaijan, AFFA
Azerbaijan, AFFA

Azərbaycan çempionu avqustun 25-də pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel" (Beer-Şeva) klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı Azərbaycan təmsilçisinin qələbəsi ilə bitib - 3:2

Qonaqların heyətində 10-cu dəqiqədə İqor Zlatanoviç, 61-ci dəqiqədə Qay Mizrahi fərqlənib. Azərbaycan təmsilçisində Kristian Nvaçukvu 38-ci, Umarali Raxmonaliyev 74-cü, Tellur Mütəllimov 90+4-cü dəqiqədə adını taploya yazdırıb.

Rumıniyada baş tutan ilk görüşdə rəqib 2:1 hesabı ilə qalib gəldiyi üçün əlavə vaxta ehtiyac yaranıb.

Əlavə vaxtda, 101-ci dəqiqədə Patrik Orfe Mbina, 115-ci dəqiqədə Coy-Lens Mikels fərqləniblər.Nəticədə oyun ümumilikdə "Sabah"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, "Sabah" tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Bundan öncə Azərbaycanın futbol klublarından yalnız “Qarabağ” iki dəfə bu uğura yiyələnib.

XS
SM
MD
LG