Keçid linkləri

Təcili xəbərlər
2022, 07 Oktyabr, Cümə, Bakı vaxtı 10:18

" Susuz qalan pambıq 5-10 gündən sonra məhv olacaq" - Saatlı pambıqçısı 


Azərbaycan-pambıq sahəsi

Saatlı rayonun fermerləri artıq günlərdir, müxtəlif qurumlara təsərrüfat suyunun qıtlığı ilə bağlı davamlı şikayətlər edirlər.Onlar şikayətlərində xüsusilə Bəhramtəpə hidroqovşagının istismarı idarəsini tənqid edirlər. Fermerlərin sözlərinə görə, Saatlı rayonunun pambıq sahələri susuzluqdan quruyur, sahə 5-10 gün də susuz qalsa məhv olacaq.
Fermerlər idida edirlər ki, açıq deməsələr də, su əvəzi onlardan rüşvət umurlar.

"Sadə kəndlilərin rüşvət verəcək pulları yoxdur".

Yeri gəlmişkən ötən həftənin şənbə gün, iyulun 10-da Saatlı rayonun bir neçə kəndinin sakininin su tələbi ilə etiraz aksiyasi keçirdiyi ilə bağlı məlumatlar yayılmışdı.Həmin məlumatlara görə, fermerlər şikayət edirlər ki, su yalnız oliqarxların təsərrufatlarına verildiyinə görə, qıtdır.

Kiçik təsərrüfat sahibləri vurğulayırlar ki, rayon fermerlərinə düşən su paylarını Dövlət torpaq fondu hesabına iri təsərrufatlar yaradan iş adamlarına verirlər. Onların qeyd etməsinə görə, sadə kəndlilərin rüşvət verəcək pulları yoxdur.

"...Hüquz mühafizə orqanlarına şikayət edə bilər".

Bəhramtəpə Hidroqovşagının istismarı idarəsinin rəisi Mirqoca Mirişov isə "Turan" İnformasiya Agentliyinə verdiyi müsahibədə Saatlı kəndlilərin ittihamlarını rədd edib.O, deyib ki, əgər kimdəsə onun guya qeyri-qanuni tələbləri barədə faktları varsa hüquz mühafizə orqanlarına şikayət edə bilər.
M.Mirişov suyun qıt olmasını quraqlıqla izah edib və deyib ki, o, bərabər qaydada paylanılır:
"Hər yarım kub suya ciddi nəzarət var, biz dövlət orqanları tərəfindən nəzarətdəyik. Suyun qıt olması faktdir. Problemin həlli itkilərin kəskin azaldılması, suvarmanın gecə və növbəli aparılması, pampığın suvarılmasına üstünlük verilməsindədir. Ciddi addımlar atılır. Saatlı fermerlərinin problemlərindən xəbərimiz var, həllilə məşğuluq"

Azərbaycan-Su kanalı 2016
Azərbaycan-Su kanalı 2016

Suyun paylanmasına nəzarət ücün xüsusi komissiya yaradılıb.

"Suyun paylanmasında rüşvətin istənilməsi mümkün deyil. Kim ondan pulun istənildiyini deyirsə, bizə dərhal məlumat versin"

Bu sözləri isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı açıq səhimdar cəmiyyətinin (ASC) mətbuat katibi Dilqəm Şərifov "Turan" Agentliyinə deyib.
Onun sözlərinə görə, ölkə ərazisində isti hava şəraitilə baglı suvarmada gərgin vəziyyət yaranıb.D.Şərifov qeyd edib ki, Prezidentin sərəncamı ilə suyun paylanmasına nəzarət ücün xüsusi komissiya yaradılıb.

Onun əlavə etməsinə görə, ASC-nin məqsədi ölkə iqtisadiyyatında vacib məhsul olan pambıqın becərilməsinə şərait yaratmaqdır, belə olan təqdirdə hec kim suyu pulla satmaz.
"Meliorasiya və Su Təsərrüfatı açıq səhimdar cəmiyyətində hər gün suyun az olması ilə baglı iclaslar kecirilir. Kəndlilərin onlara çatmalı olan suyun aqpoparklara verilməsilə baglı iradları əsassızdır. Ona görə ki, aqroparkların özlərinin su ambarları var", - deyərək D. Şərifov vurgulayıb

XS
SM
MD
LG