Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

Saakashvili: Putinin növbəti hədəfi NATO üzvü olmayan Avropa ölkələri ola bilər


Mikheil Saakashvili və Vladimir Putin
Mikheil Saakashvili və Vladimir Putin

“Rusiya təcavüzünün növbəti qurbanları NATO üzvü olmayan Avropa ölkələrinin əraziləri ola bilər”.

Bunu Gürcüstanın keçmiş prezidenti Mikhail Saakashvili ABŞ-ın “Foregin Policy” jurnalında yazır.

Saakashvili hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin reytinqinin kəskin düşməsi, keçmişdə ona kömək edən hadisələr-Rusiyanın Gürcüstana hərbi müdaxiləsi, Krımın ilhaqı və Suriyaya soxulmaq kimi təcavüzkar hərəkətlərə səbəb ola bilər.

Amma Saakashvili yazır ki, bu dəfə ona,keçmiş Sovet məkanındakı əməliyyatlardan daha güclü hərəkət vasitəsi lazım olacaq.

Saakashvili eyni zamanda hesab edir ki, Rusiya yəqin ki, NATO üzvü olan Baltik ölkələrinə qarşı birbaşa açıq hərəkət etməyəcək, çünki bu alyansla müharibə riski yaradar.

Amma keçmiş prezident hesab edir ki, Rusiya bu ölkələrdən məsələn Arktikada kiçik anklavlar və ya adaları qopara bilər.

Qeyd edək ki, Mikhail Saakshvili Rusiyanın daimi tənqidçilərindən biridir.

O, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Gürcüstan prezidenti idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG