Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 04:01

Saakaşvili deyir ki, Ukraynaya qayıtmağı planlaşdırır


Gürcüstanın keçmiş prezidenti və Odessanın keçmiş qubernatoru, ötən ay Ukrayna vətəndaşlığından çıxarılmış Mixeil Saakaşvili deyib ki, o gələn ay Kiyevə qayıtmağı planlaşdırır

O avqustun 16-da Facebook vasitəsilə canlı yayında bildirib ki, Polşadan Kiyevə sentyabrın 10-da Lvov vilayətindəki Krakovets sərhəd-buraxlış məntəqəsindən keçib gələcək.

Prezident Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından iyulun 26-da məhrum edib. Saakaşvili bu sərəncamdan məqsədin onun qanunsuz yolla Ukrayna siyasi səhnəsindən uzaqlaşdırılması olduğunu deyib.

49 yaşlı qərbpərəst Saakaşvili Gürcüstanda 2003-cü ildə baş vermiş Qızılgül inqilabının ardınca 2004-2012-ci illərdə ölkə prezidenti olub.

Lakin 2008-ci ildə Rusiya ilə qısamüddətli müharibədən sonra Saakaşvilinin populyarlığı düşməyə başlayıb.

Gürcüstan bu müharibədə özünün iki separatçı regionunu – Abxaziya və Cənubi Osetiyanı itirib.

Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edəndən sonra Gürcüstan vətəndaşlığını itirmişdi. O Ukrayna vətəndaşlığını Odessa qubernatoru ola bilmək üçün qəbul etmişdi.

Saakaşvili 2016-cı ildə qubernator vəzifəsindən, onun təbirincə deyilsə, rəsmilərin antikorrupsiya kampaniyasına mane olduqlarına görə istefa vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG