Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 13:02

Apellyasiya məhkəməsi Saakashvili barədə hökmü qüvvədə saxladı


Mikheil Saakashvili
Mikheil Saakashvili

Gürcüstanda apellyasiya məhkəməsi keçmiş prezident Mikheil Saakashvili barəsində 2005-ci ildə baş vermiş insident zamanı səlahiyyətlərini aşdığına görə azadlıqdan məhrumedilmə cəzası hökmünü qüvvədə saxlayıb.

Tbilisi Şəhər Məhkəməsi Saakashvilini ötən iyul ayında qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edib. O 2005-ci ildə ovaxtkı millət vəkili Valery Gelashvilini döydürmək üçün xüsusi qüvvələri göndərməkdə ittiham edilirdi.

Prokuror Archil Tkeshelashvili noyabrın 22-də deyib ki, apellyasiya məhkəməsi həmin hökmü qüvvədə saxlasa da, prokurorluğun cəzanın sərtləşdirilməsinə dair vəsatətini rədd edib.

Məhkəmənin qərarında deyilir ki, 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olmuş Saakashvili onu tənqid etdiyinə görə millət vəkili Gelashviliyə hücum təşkil edib. Gelashvili Saakashvilin-i dövlət mülkiyyətindən sui-istifadədə ittiham edirdi.

Saakashvili yanvar ayında yenə də qiyabi olaraq gürcü bankir Sandro Girgvlianinin 2006-cı ildə qətlinə dair sübutların ört-basdır edilməsi ittihamı ilə üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

Hazırda Hollandiyada yaşayan keçmiş prezident bütün ittihamları siyasi motivli adlandıraraq rədd edir.

XS
SM
MD
LG