Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:18

Saakaşvili qarşıdurma haqda: 'Bu, Poroşenkonun oyunudur' [Video]


Saakaşvili qarşıdurma haqda: 'Bu, Poroşenkonun oyunudur'
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Saakaşvili qarşıdurma haqda: 'Bu, Poroşenkonun oyunudur'

Saakaşvili tərəfdarlarını zorakılıqdan çəkinməyə çalışıb. O bildirib ki, inzibati binaların zəbtinə, şüşələrin sındırılmasına qarşıdır.

Odessanın keçmiş qubernatoru mübarizəsinin dinc mübarizə olduğunu deyib:

"Biz dinc aksiyaları davam etdirməliyik. Sayımız milyonlara çatanda o qapılar, pəncərələr qarşımızda özü açılacaq".

Saakaşvili düşünür ki, hakimiyyət onun təşkil etdiyi aksiyaları 2-3 min nəfərin küçəyə çıxıb zorakılıq etməsi kimi təqdim etməyə çalışır.

Bu arada Ukrayna polisi Oktyabr Sarayı ətrafında baş verənlərə görə cinayət işi qaldırıb.

Bu arada Kanada və Britaniya səfirləri də Saraya həmləni pisləyiblər.

***

Saakaşvili tərəfdarlarının bir hissəsi "impiçment yürüşü" zamanı Kiyevdəki Oktyabr Sarayına daxil olmağa çalışıb.

Onların qarşısını binadakı Milli Qvardiya əsgərləri kəsib. Aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Aksiyaçılar binada öz koordinasiya qərargahlarını yaratmaq istəyiblər.

Saakaşvili öz tərəfdarlarını Müstəqillik Meydanına qayıtmağa çağırıb.

Siyasətçi deyib ki, onun tərəfdarlarına sarayda tədbir keçirməyə icazə verildiyi deyilsə də, onlar saraya gəldikdə tüstü şaşkaları ilə qarşılanıblar, məlum olub ki, sarayda konsert gedir.

Hazırda əsgərlər binanın giriş-çıxışlarına nəzarət edirlər.

***

Dekabrın 17-də Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları yenidən Kiyev küçələrinə çıxıblar.

Onlar Ukrayna prezidenti Petro Poroşenkonun impiçment edilməsinə çağırırlar.

Yürüş Şevçenko parkından başlayıb.

Aksiyada Saakaşvili ilə birlikdə həyat yoldaşı Sandra da iştirak edir.

"Poroşenkonun məni saldığı kamerada sizin səsinizi eşidirdim. Siz məni azad etdiniz, mənsə sizə Ukraynanı Poroşenkodan azad etməkdə kömək edəcəm" - deyib Saakaşvili.

Buna da bax: Putin rəqiblərini "Saakaşvililər" adlandırır

Yürüşçülər Müstəqillik Maydanına doğru hərəkət edirlər.

Aksiyaçılar "İstefa", "Banda - rədd ol" kimi şüarlar səsləndirirlər.

Bundan əvvəl Saakaşvili bildirmişdi ki, polis onun tərəfdarlarının Maydanda səhnə quraşdırmasına maneçilik törətməyə çalışıb.

Saakaşvili tərəfdaları ötən həftə də eyni şüarla aksiya keçirmişdilər.

Onlar Sakaşvilinin saxlandığı təcridxananın önünə də getmişdilər.

Bunun ardınca məhkəmə Sakaşvilinin ev dustağı edilməsi barədə prokurorluğun müraciətini rədd etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG