Gürcüstanın keçmiş prezidenti, Odessanın sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə yürüş keçiriblər.
Onlar Şevçenko Parkında toplaşandan sonra qarlı-şaxtalı havaya baxmayaraq Müstəqillik meydanına tərəf yürüş ediblər.
Onlar Ukrayna prezidenti Petro Poroşenkonun istefasını tələb ediblər.
Təşkilatçılar aksiyaya 10 min nəfərin qoşulduğunu deyirlər.
Saakaşvili cümə günü saxlanıb. Hazırda Ukrayna Təhlükəsizlik Şurasının təcridaxanasında saxlanan siyasətçinin müddətsiz aclıq elan etdiyi deyilir.
Ona qarşı cinayətkar dəstələrlə əlbir olmaq ittihamı irəli sürülüb.