Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:32

Saakaşvili xəstəxanada pis rəftar gördüyünü iddia edir


Saakaşvili tərəfdarları Rustavi həbsxanasının qarşısında
Saakaşvili tərəfdarları Rustavi həbsxanasının qarşısında

Gürcüstanın həbsxanada bir aydan artıq müddətdə aclıq aksiyası keçirən keçmiş prezidenti Mixeil Saakaşvili həbsxana hospitalına keçirilib

Noyabrın 9-da Gürcüstanın müxalifət partiyaları etirazları davam etdirəcəklər. Bir gün öncə həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili həbsxana klinikasında nəzarətçilərin pis rəftarıyla üzləşdiyini deyib.

Müxalifət partiyalarının bəzi təmsilçiləri və tərəfdarları gecəni Tbilisidə hökumət binasının qarşısında keçiriblər. Onlar noyabrın 8-də Azadlıq Meydanına yığışmışdılar.

Aksiya zamanı Vahid Milli Hərəkatın lideri Nika Melia partiyanın üç tələbini səsləndirib: Saakaşvili mülki klinikaya köçürülsün, həbsdən buraxılsın, təkrar bələdiyyə və mer seçkiləri keçirilsin.

Rustavidəki həbsxanadan Qldani həbsxana klinikasına köçürülən Saakaşvili klinikaya çatan kimi nəzarətçilər tərəfindən şifahi və fiziki pis rəftar gördüyünü iddia edib. Vəkili vasitəsilə yaydığı məktubunda o yazır ki, nəzarətçilər onun boynundan vurublar, saçından tutaraq yerdə sürüyüblər.

Facebook-a yerləşdirilmiş məktubda Saakaşvili yalnız öz həkimləri ilə görüşəcəyini, həbsxananın tibbi heyətilə əməkdaşlıq etməyəcəyini bildirir.

***

Gürcüstanın həbsxanada bir aydan artıq müddətdə aclıq aksiyası keçirən keçmiş prezidenti Mixeil Saakaşvili həbsxana hospitalına keçirilib.

Penitensiar xidmətdən noyabrın 8-də verilən xəbərdə deyilir ki, Saakaşvili səhhətindən olan narahatlıqla bağlı Rustavi şəhər həbsxanasından Qldani həbsxana xəstəxanasına aparılıb.

Saakaşvilinin vəkilləri onun səhhətinin son dərəcə pisləşdiyini və keçmiş prezidentin həbsxana sistemindən kənarda özəl klinikalardan birinə köşürülməsini tələb etdiyini bildiriblər.

Hökumət bu tələbi rədd edib və bildirib ki, ehtiyac olarsa, Saakaşvili həbsxana klinikasında müalicə olunacaq.

Saakaşvilinin tərəfdarları və onun Vahid Milli Hərəkatdan olan partiyadaşları artıq bir aydır ki, Rustavi həbsxanasının qarşısında etiraz aksiyası keçirirlər.

Saakaşvili uzun mühacirətdən sonra oktyabrın 1-də vətənə qayıdarkən həbs olunub.

Videolar

Bundan əvvəl noyabrın 8-də penitensiar xidmət “ölənədək aclıq” edəcəyini deyən Saakaşvilinin yediyini göstərən video yayıb.

Facebook-da dərc etdiyi bəyanatında Saakaşvili tərəfdarlarını diqqətlərini “oğurlanmış seçkiyə və gürcü xalqının hökumətini ona qaytarmağa” yönəltməyə çağırıb:

"Mən Gürcüstana qayıtmışam və özümü könüllü şəkildə girov etmişəm. Mən aclıq aksiyamı ölənədək davam etdirəcəyəm ki, ölkəmizin azadlığına, onun Avropa yolundakı səylərinə xidmət edim”.

Bu arada noyabrın 5-də ədliyyə naziri Rati Breqvaze Saakaşvilinin sıyıq yediyini və şirə içdiyini demişdi.

Bundan bir gün sonra penitensiar xidmətin çəkdiyi videoda Saakaşvilinin həbsxananın tibb hissəində yediyi görünür.

Saakaşvili elə həmin gün etiraz olaraq vitamınlərdən və şirədən imtina etdiyini bildirib.

Noyabrın 1-də Birləşmiş Ştatlar da Avropa Birliyinə qoşularaq seçkilərin keçirilməsindən narahatlıq ifadə edib.

Tbilisidəki ABŞ səfirliyinin bəyanatında deyilir ki, səsvermənin yaxşı təşkil olunması barədə beynəlxalq müşahidəçilərin fikrilə razılaşır. Amma səfirlik seçicilərin qorxudulması, onlara təzyiq, səsverməyə təsir göstərmiş neqativ ritorikanın güclənməsini pozuntular kimi sadalayıb.

Avropa Birliyi səsvermədə çoxsaylı pozuntuların olduğunu, “administrativ resurslardan sui-istifadə və siyasi liderlərin zorakı ritorikasının” yalnız siyasi qütbləşməni gücləndirdiyini qeyd edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG