Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:56

Saakaşvilini həbsxanaya qaytarıblar


Saakaşvili məhkəmədə, arxiv fotosu
Saakaşvili məhkəmədə, arxiv fotosu

Vəkil Saakaşvilinin “oğurlandığını”, müdafiə tərəfi və qohumlarının onun vəziyyəti haqda informasiyası olmadığını deyib

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəkilləri dekabrın 30-da onun səhhətilə bağlı narahatlıq bildiriblər. Saakaşvili ötən gecə Qoridə hərbi xəstəxanadan Rustavi həbsxanasına köçürülüb.

“Onun köçürülməsindən sonra vəziyyətin nə dərəcədə kəskin olduğunu bilmirəm. Məhbusun sağ olmasını görməliyəm”,– vəkil Nika Qvaramiya dekabrın 30-da jurnalistlərə deyib.

Vəkil Saakaşvilinin “oğurlandığını”, müdafiə tərəfi və qohumlarının onun vəziyyəti haqda informasiyası olmadığını deyib.

Əlavə müalicəyə ehtiyacı var

Vəkillər dekabrın 30-da 12 saylı Rustavi həbsxanasında Saakaşvili ilə görüşməlidirlər.

Keçmiş prezident oktyabrın 1-də, mühacirətdən Gürcüstana qayıdan kimi saxlanıb. O, vəzifədə olduğu müddətdə səlahiyyətindən sui-istifadə ittihamı ilə 6 illik həbs cəzası çəkir.

İttihamlara qarşı 50 günlük aclıq aksiyasından sonra Saakaşvili noyabrın 19-da Qori Hərbi Hospitalına köçürülüb.

Özü və tərəfdarları ittihamları siyasi motivli adlandırır. Saakaşvili həbsdə pis rəftar, “işgəncə” gördüyünü deyir. Dekabrın 18-də müstəqil həkim qrupu onu müayinə edərək “işgəncə, pis rəftar, qeyri-adekvat tibbi müalicə və uzunmüddətli aclıq aksiyasının” səhhətinə ciddi zərbə vurduğunu bildirib.

Ukraynanın Xarici İşlər Nazirliyi dekabrın 28-də Saakaşviliyə “sayğı göstərməyə” çağırıb, onun əlavə tibbi müalicəyə ehtiyacı olduğunu deyib. Saakaşvilinin Ukrayna vətəndaşlığı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG