Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

Saakaşvili təcridxanada aclıq elan edib [Video]


Saakaşvili təcridxanada aclıq elan etdi
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Saakaşvili təcridxanada aclıq elan etdi

Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili Kiyevdə saxlanaraq təcridxanaya yerləşdirilib.

Bu barədə Ukraynanın baş prokuroru Yuri Lutsenko məlumat yayıb.

Prokurorluğun sözçüsü deyib ki, siyasətçinin elektron qolbağ taxmaq şərtilə ev dustağı edilməsi barədə vəsatət qaldırilacaq.

Onun işinə məhkəmənin dekabrın 9-da baxması gözlənir..

Saakaşvilinin vəkili Ruslan Çernolutski isə bildirib ki, sabiq qubernator müddətsiz aclığa başlayıb.

Əgər barəsində 60 günlük həbs qərarı verilsə, o aclığı davam etdirəcək.

Saakaşvilinin saxlandığı təcridxananın yaxınlığına onun tərəfdarları toplaşıb.

Onlar burada çadır qurmaq istəyirlər.

Çərşənbə axşamı Saakaşvilini cinayətkar dəstələrlə əlbir olmaqda günahlandırıb həbs etsələr də tərəfdarları onu polis maşınından çıxara bilmişdi.

Tərəfdarları qolu qandallı Saakaşvilini polisin əlindən alır
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Bundan sonra siyasətçi aksiyalarını davam etdirmişdi.

Prezident Poroşenko isə demişdi ki, Saakaşvili ilə bağlı məsələyə qarışmaq istəmir, qoy iş hüquqi yolla həllini tapsın.

Saakashvili tərəfdarları polislə toqquşdu
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

Keçmiş qubernator Kiyevdə prezidentin impiçmenti tələbi ilə aksiyalar keçirirdi.

Bundan əvvəl onun pasportu ləğv edilsə də, tərəfdarlarının köməyi ilə sərhədi keçib Ukraynaya qayıda bilmişdi.

Mikheil Saakashvili Ukraynaya bu şəkildə keçdi
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

XS
SM
MD
LG