Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:45

Saakaşvili deportasiyasına görə Kiyev, Moskva və Tbilisini ittiham edir (VIDEO)


Saakaşvili Varşavada... 'Bu adam oğurluğudur'
Gözlə

No media source currently available

0:00 0:00:17 0:00

Saakaşvili Varşavada... 'Bu adam oğurluğudur'

Mixeil Saakaşvili Kiyevdən Polşaya deportasiya edildikdən sonra Rusiya, Gürcüstan və Ukraynanı “ondan yaxa qurtarmaq istəməkdə” ittiham edib və tərəfdarlarını sakit olmağa çağırıb.

Ukraynanın Sərhəd Keşiyi Xidmətinin məlumatında deyilir ki, Gürcüstan əsilli siyasətçi Ukrayna ərazisində qanunsuz olduğuna görə fevralın 12-də deportiasiya edilib.

Sərhəd Keşiyi Xidmətinin sözçüsü Oleh Slobodyan deyib: "Bu şəxs Ukrayna ərazisində qeyri-qanuni idi və buna görə də bütün hüquqi prosedurlara əməl edilməsi ilə gəldiyi ölkəyə qaytarılıb”.

Sözçü əlavə edib ki, sərhəd keşikçiləri “özlərini müdafiə etmək məqsədilə Saakaşvili ilə əlaqəli şəxslərə qarşı güc işlətməyə məcbur olublar”.

Mixeil Saakaşvili Facebook səhifəsindəki videomüraciətində deyir: "Mənə qarşı cinayət işi tamamilə yalandır. Putin və Poroşenko və İvanişvili məndən yaxa qurtarmağa çalışırlar”.

Polşa sərhəd polisi Saakaşvilinin Varşavaya gəldiyini təsdiq edib və bildirib ki, o ölkəyə Ukrayna Milli Miqrasiya Xidmətinin Polşa Sərhəd Qoşunlarının komandanına müraciəti əsasında təkrar qəbul edilib.

Polşa tərəfi bildirib ki, Mixeil Saakaşvili Avropa İttifaqına üzv ölkənin vətəndaşı ilə nikahda olduğuna görə Ukraynanın müraciəti müsbət həll olunub.

Saakaşvilinin xanımı Sandra Elisabeth Roelofs-Saakaşvili Hollandiyada doğulub və bu ölkənin vətəndaşıdır.

Saakaşvilinin həyat yoldaşı Sandra Roelofs Hollandiya vətəndaşıdır
Saakaşvilinin həyat yoldaşı Sandra Roelofs Hollandiya vətəndaşıdır

AzadlıqRadiosu xəbər verir ki, ötən dekabrda Saakaşviliyə polisin həbsindən yayınmaq imkanı verən küçə etirazlarından fərqli olaraq, onun deportasiyası xəbəri hələlik sakitliklə qarşılanıb.

Bundan əvvəl Saakaşvili öz tərəfdarlarına sakit və təmkinli davranmağı tapşırmışdı.

Saakaşvilinin müttəfiqi David Sakvarelidze deyib ki, Poroşenkoya qarşı etirazlar davam etdiriləcək:

“Saakaşvilinin oğurlanması Poroşenko və onun adamlarının səhvi idi. Poroşenko başa düşməlidir ki, hətta Mixeil ölkə xaricində olsa da, fevralın 18-ə təyin edilmiş mitinqlər keçiriləcək…”

***

Tərəfdarlarından birinin verdiyi xəbərə görə Mixeil Saakaşvili artıq Polşadadır.

David Sakvarelidze fevralın 12-də Faceobook səhifəsində yazıb ki, Saakaşvili ona Varşavadan zəng edib. O bu ölkəyə Ukraynadan deportasiya olunub.

Bundan az əvvəl Saakaşvilinin Ukraynadan “gəldiyi ölkəyə” deportasiya olunduğu xəbər verilmişdi. Bu barədə rəsmi məlumatı Dövlət Sərhəd Keşiyi Xidməti verib.

Dövlət Sərhəd Keşiyi Xidmətinin sözçüsü Oleh Slobodian Facebook səhifəsində yazır ki, Saakaşvili barəsində tədbir fevralın 12-də, onun “Ukrayna qanunlarını pozması səbəbilə” görülüb.

Slobodian Saakaşvilinin hansı ölkəyə deport edildiyinə dair suala cavab verməyib, lakin o Ukraynaya Polşadan gəlmişdi.

Bundan əvvəl Mixeil Saakaşvilinin tərəfdarları onun Kiyevdə “adamoğurlayanlar” tərəfindən saxlandığını xəbər veriblər və bildiriblər ki, onun Ukraynadan deportasiya ediləcəyindən narahatdırlar.

Saakaşvilinin müttəfiqi David Sakvarelidze Facebook-da yazıb ki, o Kiyevdə özünün Yeni Qüvvələr Partiyasının iqamətgahı yaxınlağındakı gürcü restoranında saxlanıb.

Saakaşvilinin özü isə Facebook səhifəsində naməlum maskalı şəxslər tərəfindən saxlandığını və aparıldığını yazıb: “Adamoğurlayanlar üç Volkswagen markalı mikroavtobuslarda gəlmişdilər”.

Qısa videoda silahlı və kamuflyajlı adamların restoranın içində bir nəfərlə əlbəyaxa olduğu və ona yerə uzanmağı əmr etdikləri görünür. Silahlılardan birinin saxlananı təpiklədiyi də videoya düşüb.

Bu hadisədən bir həftə əvvəl Ukrayna məhkəməsi Saakaşvilinin onu mümkün ekstradisiyadan qorumaq vəsatətini rədd edib.

O vaxt Saakaşvilinin tərəfdarları bildirmişdilər ki, bu məhkəmə qərarı onun Gürcüstana ekstradisiya edilməsi üçün imkan yaradır. Gürcüstanda Saakaşviliyə qarşı bir neçə cinayət ittihamı irəli sürülüb.

Sakvarelidze, tərəfdarları Saakaşviliyə dəstək vermək üçün restoranın yanına toplaşmağa çağırıb. Onun və Saakaşvilinin Facebook postlarında ağ mikroavtobuslardan birinin dövlət nişanları verilib.

Sakvarelidze AzadlıqRadiosuna deyib ki, Saakaşvili aparılıb və onun harada olması naməlumdur.

Sakvarelide Facebook-da bunu da yazıb ki, o və başqa tərəfdarlar Kiyevin Borispol hava limanına gedirlər, beləki Saakaşvilinin deportasiya edilə biləcəyindən narahatdırlar.

Lakin Saakaşvilinin tərəfdarları onun saxlandığını xəbər verdikdən sonra Ukraynska Pravda xəbər portalı yazıb ki, keçmiş Gürcüstan prezidenti başqa bir Avropa ölkəsinıə deportasiya olunacaq.

TSN xəbər agentliyi də adı çəkilməyən hüquq-mühafizə rəsmisinə istanədən bildirib ki, Saakaşvili Polşaya deport ediləcək.

Sakvarelidze AzadlıqRadiosuna deyib ki, “prezident Poroşenko siyasi rəqabəti bu sayaq aparmaq qərarına gəlib”.

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) AzadlıqRadiosuna bildirib ki, o Saakaşvilini həbs etməyib. Ukrayna polisi də Reuters agentliyinə bu məsələ ilə əlaqəsi olmadığını bildirib.

Az əvvəl Rusiya telekanalları Saakaşvilinin “Ukraynanı təyyarə ilə tərk etdiyini” xəbər verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG