Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:15

Səudiyyə koalisiyası Yəmən İŞİD-i liderinin yaxalandığını deyir


Səudiyyə Ərəbistanının xüsusi qüvvələri (Foto arxivdəndir)
Səudiyyə Ərəbistanının xüsusi qüvvələri (Foto arxivdəndir)

Səudiyyə hərbiyyəsinin iyunun 25-də yaydığı bəyanatda deyilir ki, ekstremist İslam Dövləti təşkilatının Yəmən qolunun lideri Səudiyyə və Yəmən xüsusi qüvvələrinin keçirdiyi reyd əsnasında həbs edilib.

Yəmən müharibəsini aparan Səudiyyə koalisiyasının sözçüsü Turki al-Maliki xəbər verib ki, adının Abu Osama al-Muhajir olduğu bildirilən bu şəxs iyunun 3-də silahlı qruplaşmanın bir neçə başqa üzvü ilə birlikdə müşahidə altında olan evdə yaxalanıb.

Sözçü bildirib ki, əməliyyat cəmi 10 dəqiqə çəkib. Reydin Yəmənin hansı hissəsində keçirildiyi xəbər verilmir.

Səudiyyə hərbiyyəsinin yaydığı fotoşəkillərdə gözləri bağlı, qolları qandallı şəxslərin əsgərlər tərəfindən aparıldığı görünür.

Bəyanatda deyilir ki, əməliyyat zamanı çox sayda silah-sursat, müxtəlif valyuta və noutbuklar ələ keçirilib.

Əməliyyat zamanı mülki əhaliyə ziyan dəymədiyi xəbər verilir.

Bu əməliyyat İŞİD-in Yəmən bölməsinin fəaliyyətinə ciddi zərbə olacaq. Qruplaşma Yəmən boyunca düşərgələr və çox sayda döyüşçülər saxlayır.

İD və başqa silahlı qruplaşmalar Yəməndə davam edən müharibə xaosu şəraitində sərbəst fəaliyyət göstərə bilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG