Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Səni deyirlər, Urmiyə gölü [Son görüntülər]


Quruyan Urmiya gölündən son videogörüntülər
Gözlə

No media source currently available

0:00 0:01:39 0:00

Quruyan Urmiyə gölündən son video görüntülər

Qalaq-qalaq duz… Boz cansız sahil… Qurumaqda olan Urmiyə gölünün sahilindəyik.

Tək-tük suya girən adamlar gözə dəyir.

Səccad adlı yerli sakin Urmiyə gölünün əvvəlki vaxtlarını xatırlayır.

O danışır ki, vaxtilə burda balıq da bol olub, uzaq ellərdən uçub gələn köçəri quşlar da.

Onun sözlərinə görə, hökumətin gördüyü tədbirlərə baxmayaraq gölün xeyli hissəsi quruyub.

Zaman-zaman İran Azərbaycanından olan fəallar gölün qurumasından narahatlıqlarını dilə gətiriblər.

Buna da bax: İranda gənclərin tələbi: 'Farscayla bərabər türkcə rəsmi dil olsun!'

Hətta bir neçə il qabaq bununla bağlı etiraz aksiyaları da keçirilib.

Son günlər İranda məşhurlaşan “Səni deyirlər” mahnısının da müəllifi mətbuata bildirib ki, diqqəti Urmiya gölünün qurumasına çəkməyə çalışıb.

Yaxın Şərqin ən böyük gölü olan Urmiyə 1999-cu ildən qurumağa başlayıb.

Səbəb - gölə axan çay suyunun suvarma məqsədilə istifadə olunmasıdı.

İran hökuməti xüsusi komissiya yaratsa da, hələ ki, problemin həllində kəskin dönüş hiss olunmur.

Buna da bax: Təbriz şəhərindən son görüntülər

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG