Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

İran şahının oğlu deyir ki, Tehran hökumətinin çökməsinə az qalıb


Reza Pahlavi
Reza Pahlavi

İranın son şahı Mohammad Reza Pahlavinin oğlu deyib ki, İran cəmiyyəti 1979-cu il İslam İnqilabı ərəfəsində olduğu kimi indi də “qığılcım nöqtəsinə” yaxındır və Tehran hökumətinin çökməsinə az qalır.

Sürgündə yaşayan vəliəhd Reza Pahlavi AzadlıqRadiosunun Fərda redaksiyasına müsahibəsində deyib ki, “biz həqiqətən də İran rejiminin süqutuna yaxınlaşmışıq”.

O əlavə edib ki, hazırda İrandakı vəziyyət 1979-cu ildəkinə bənzərdir. Həmin il İranda baş verən təlatümlü etirazlar nəticəsində şah ölkəni tərk edərək sürgünə getməyə məcbur olmuşdu.

Həmin üsyan İranda çoxəsrlik monarxiyaya son qoymuş və başında ayətüllah Khomeini duran İslam Respublikasının yaranması ilə nəticələnmişdi.

Pahlavi bu müsahibəni İran fevralın 11-də İslam Respublikasının yaradılmasının 40-cı ildönümünü qeyd etdiyi bir vaxtda verib:

"Gəlin unutmayaq ki, iranlıların böyük əksəriyyəti 1979-cu ilin inqilabı vaxtında heç hələ doğulmamışdı. Əgər siz onlara qulaq assanız, onların ümumi tələbi bütün siyasi bucaqlardan “bizi xilas edin” mesajının eşidilməsidir. Onlar soruşurlar: “Siz bizim üçün nə edirsiniz?”

Pahlavi indiyədək Qərbin İrana cəsarətsiz yanaşmasını dəfələrlə tənqid edib:

"Aşkardır ki, siyasət, xüsusilə də Avropanın siyasəti “gəlin iqtisadi mənfəətlər xətrinə İslam respublikasına təzyiq göstərməyək” şəklindədir. Görün bu siyasət Avropaya nə gətirib: İranda bütün regionu Suriyadan Livandakı Hizbullahadək əlaltılarının əlilə sabitsizləşdirən bir hökumət oturub. Bu gün Suriyadakı vəziyyət dini radikalizmin nəticəsidir. Bir də bütün Avropanı dolduran qaçqınlar problemi var”.

58 yaşlı Pahlavi deyib ki, o, xarici liderlərə tez-tez ən yaxşı siyasətin “İran xalqına dəstək və güc verilməsinin” və onun firkincə “əksər iranlıları təmsil edən”dünyəvi demokratik müxalifətlə dialoq aparılmasının olduğunu xatırladır.

İran Hərbi Hava Qüvvələrində təyyarəçi kimi təlim görmüş Pahlavi Birləşmiş Ştatlara 1978-ci ildə gəlib və o vaxtdan bəri İrandakı dini rejimin ən qatı tənqidçisidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG