Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:37

Trump daxili işlər nazirini də işdən çıxardı


Ryan Zinke
Ryan Zinke

ABŞ prezidenti Donald Trump daxili işlər naziri Ryan Zinke-ni işdən azad edib.

Bu barədə prezident özünün “Tvitter” hesabında yazıb.

“Daxili işlər naziri Ryan Zinke 2 illik fəaliyyətdən sonra, ilin sonunadək administrasiyanı (Ağ ev) tərk edəcək.Ryan çox şeyə nail oldu və xalqa göstərdiyi xidmətə görə ona çox təşəkkür edirəm”, Trump yazır.

Prezident əlavə edib ki, yeni daxili işlər nazirinin adı gələn həftə açıqlanacaq.

Ryan Zinke, demokrat deputat Raul Grijalva-nın ünvanına işlətdiyi sözlər də daxil olmaqla, ölkədə dəfələrlə tənqidlərlə üzləşib.

Deputat Raul Grijalva, Zinkeni vəzifə səlahiyyətlərini aşmaqda günahlandırıb. O isə cavabında deputatı içki düşgünü adlandırıb.

Bundan əvvəl Zinke, neft və qaz şirkətlərinin maraqlarına xidmət etməkdə də günahlandırılırdı. Həmin şirkətlər nazirliyin nəzarətində olan ərazilərdə yeni mədənlər açmaq istəyirmişlər.

Digər ölkələrdən fərqli olaraq ABŞ-ın daxili işlər nazirliyi təhlükəsizlik məsələsi ilə yox, təbiətin mühavizəsi və milli parkların idarəçiliyi ilə məşğuldur.

Donald Trump dekabrın əvvəllərində prezident administrasiyasının rəhbəri John Kelly-ni də işdən azad edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG