Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:31

Konqres spikeri Rusiyaya qarşı daha “güclü, cəsarətli” sanksiyalar istəyir, amma...


Konqresin spikeri Paul Ryan
Konqresin spikeri Paul Ryan

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Paul Ryan prezident Trump administrasiyasının müxalifətinə rəğmən Rusiyaya qarşı daha “güclü və cəsarətli” sanksiyalar paketinin mümkün qədər tez qəbul edilməsinə çağırıb. Administrasiya belə hesab edir ki, sözü gedən qanunvericilik aktı onun səlahiyyətlərinə qarışır.

Ağ Ev ötən ay Senatdan 98-2 səs nisbəti ilə keçmiş qanunun Rusiya ilə münasibətlərdə Trump-ın əl-qolunu bağlamasından və beləliklə də, administrasiyasının sanksiyalar siyasətinə düzəlişlər etmək imkanından məhrum edilməsindən narazıdır.

İyulun 12-də çıxış edən Ryan deyib ki, “mən Rusiya məsələsində qırğıyam. Biz Rusiyaya qarşı sansksiyalar qanununun tez bir zamanda qəbulunu istəyirik”.

Trump Rusiya ilə münasibətlərrin yaxşılaşdırımasına ümid etdiyini bildirsə də, respublikaçılar və demokratlar daxil əksər millət vəkilləri Moskvaya münasibətdə sərt mövqe tutulmasına meyllidirlər.

Demokratların şübhəsi

Lakin demokratlar Ryan və onun respublikaçı partiyadaşlarının sərt bəyanatlarına baxmayaraq, onların Trump administrasiyasını məmnun etmək üçün qanunvericiliyi ləngitdiklərindənnarahatlıq ifadə ediblər.

Xarici Əlaqalər Komitəsində ən vəzifəli demokrat, senator Ben Cardin və başqa millət vəkilləri bidlirirlər ki, prezident Donald Trump-ın oğlu və rusiyalı vəkil arasında baş vermiş görüş Rusiyaya qarşı yeni, daha sərt sanksiyaların təcililiyini artırır.

Senatdan böyük səs çoxluğu ilə keçməsinə baxmayaraq sözü gedən qanun Ryan-ın təbirincə deyilsə, siyasət və prosedur məsələləri üzündən Konqresdə ilişib.

Ryan deyib ki, ortalıqda bəzi prosedur məsələləri var: “Biz elə etməməliyik ki, özümüz də istəmədən Rusiyanın oliqarx və neft şirkətlərinə kömək edək”.

Ryan izah edib ki, ABŞ şirkətləri Rusiyaya qarşı enerji sektoru sanksiyalarından narazıdırlar. Onlar bildirirlər ki, bu sanksiyalar ABŞ şirkətlərinə mane olur, Rusiya şirkətlərini isə daha da gücləndirir.

Trump-ın əl-qolunu bağlamamaq

İyulun 10-da Ağ Ev bildirib ki, administrasiya qanuna dəyişikliklərin edilməsini istəyir. Bu dəyişikliklər olarsa, gələcəkdə sanksiyaları qoymaq və ya qaldırmaq məsələsində prezidentin əl-qolu bağlı olmayacaq.

Ağ Evin hüquq direktoru Marc Short deyib ki, administrasiya Rusiya üzərinə daha sərt sanksiyaların qoyulmasına tərəfdardır, lakin sanksiyalar məsələsində Konqresə daha böyük səlahiyyətlərin verilməsinə qarşıdır.

MKİ-nin direktoru Mike Pompeo bundan əvvəl bir respublikaçı senatora deyib ki, Rusiyaya qarşı sanksiyaların bəzi elemenetləri onun işini çətinləşdirir.

Bu barədə öz etirazını ilk dəfə dövlət katibi Rex Tillerson dilə gətirmişdi. O ötən ay Senata ifadə verərkən demişdi ki, Trump “Rusiya ilə bağlı daim dəyişən diplomatik situasiyalarda manevr edə bilmək imkanını saxlamalıdır”.

Lakin demokratlar belə iradları qəbul etmirlər. Merilendli millət vəkili Steny Hoyer deyib ki, “prezidenti nəzarətdən qorumaq bizim ölkəmiz üçün yaxşı siyasət deyil, hətta qorxuludur”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG