Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Rusiya Suriya qiyamçılarının kimyəvi hücum hazırladığını iddia edir


Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov,
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov,

Rusiya ehtimal etdiyini bildirib ki, Suriyadakı qiyamçı qruplardan biri ölkənin şimalındakı İdlib qəzasında kimyəvi silahlardan istifadə etməyə hazırlaşır.

Avqustun 28-də Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov-un bu bəyanastından əvvəl Vaşinqton və onun Avropa müttəfiqləri Bashar al-Assad rejiminin qiyamçıların son istehkamı olan İdlibə hücum hazırladığı barədə xəbərlərdən narahatlıq ifadə etmişdilər.

Ryabkov iddia edib ki, əl-Qaedaya bağlı Şam Azadlıq Komitəsi (Levant Liberation Committee) İdlib qəzasına hücum hazırlayır.

Nazir müavini belə bir mülahizə irəli sürüb ki, bu hücum Ağ Dəbilqələr kimi tanınan qrup tərəfindən videoya alınacaq və bundan sonra Qərb kimyəvi silahlar işlədildiyinə dair məlumatlardan fürsətlənəcək.

Ryabkov deyib ki, bu Qərbə Suriyaya geniş miqyaslı hücum üçün bəhanə verəcək.

Moskva bundan əvvəl heç bir dəlil göstərmədən Ağ Dəbilqələri beynəlxalq rəğbət yaratmaq məqsədilə kimyəvi hücum səhnəsi quraşdırmaqda ittiham edib.

Suriya hökuməti artıq bir neçə həftədir ki, İdlib qəzası yaxınlığına qoşun birlikləri göndərir və Dəməşqin tezliklə bura hücum edəcəyi gözlənilir.

Suriya hökumətinin ən yaxın müttəfiqi olan Rusiya Suriyada kimyəvi silahlardan istifadə edildiyini danır.

ABŞ-ın milli təhlükəsizlik müşaviri John Bolton ötən həftə kimyəvi silahlardan istifadə etməməsi üçün Assad-a xəbərdarlıq edib. O bildirib ki, Assad rejimi kimyəvi silaha əl atsa, Qərb buna çox sərt reaksiya verəcək.

Avqustun 27-də Fransa prezidenti Emmanuel Macron da Rusiyanı Assadın “ipini çəkməyə” çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG