Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Telavidə mitinq keçirmək istəyən Gürcüstan müxalifətini şəhərə buraxmırlar


Georgia -- Confrontation, blocked road. 16dEC2018
Georgia -- Confrontation, blocked road. 16dEC2018

Gürcüstan polisi müxalifət tərəfdarlarının maşın karvanının Telaviyə buraxmır.

Polis qüvvələri yolu avtobuslarla bağlayıblar.

Bu barədə AzadlıqRadiosunun Gürcüstan xidməti xəbər verir.

Qeyd edək ki, dekabrın 16-da Telavidə Gürcüstanın yeni prezidenti Salome Zurabishvilinin andiçmə mərasimi keçirilir.

Salome Zurabishvili
Salome Zurabishvili

“Güc birlikdədir” müxalifət birləşməsinin tərəfdarları bildiriblər ki, onsuz da başqa bir yolla da olsa Telaviyə gedəcəklər.

“Kimsə izah edə bilərmi, Telaviyə gedən yolu hansı haqla bağlayıblar.Bu karvan kimə mane olurb.İstənilən halda biz Telaviyə gedəcəyik”, Zaal Udumashvili deyib.

Hüquq-mühavizə orqanları isə bildiriblər ki, aksiyaçılar Kvareli yoluna keçə bilərlər.

Onların sözlərinə görə müxalifətin hərəkət etdiyi Velistsixe yolu təhlükəsizlik baxımından bağlanıb.

Müxalifətin nümayəndəsi Nika Meliya isə polis patrulunun rəisi Temur Kupatadzeni kriminal və korrupsiyaçı adlandırıb və bu vaxt qarışıqlıq və qarşıdurma yaranıb.

Polis müxalifətin qarşısını Qurcaanidə kəsib.

“Rustavi-2” televiziya kanalının mıəlumatına görə, Qurcaaniyə böyük sayda polis əməkdaşı və təhlükəsizlik qüvvələri cəmləşdirilib.

Müxalifət qüvvələri prezidentin andiçmə mərasimi zamanı Telavidə etiraz aksiyası keçirməyi planlaşdırır.

Onlar bu mitinq barədə hələ bir neçə gün əvvəl məlumat yayıblar.

Müxalifət hakimiyyəti seçkinin nəticələrini saxtalaşdırmaqda günahlandırır, hakimiyyət ittihamı rədd edir.

Xatırlatma

Noyabrın 29-da Gürcüstanda keçirilən keçirilən prezident seçkisində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabishvili qalib gəlib.

Seçkidə onun rəqibi, keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarı Grigol Vashadze idi.

Grigol Vashadze
Grigol Vashadze

Beynəlxalq müşahidəçilər seçkinin azad şəraitdə keçirildiyini bəyan etsələr də qeyd edirlər ki, namizədlərə bərabər şərait yaradılmayıb.

Qeyd edək ki, Salome Zurabishvili seçkinin ikinci mərhələsində 60, Vashadze isə 40,5 faiz səs toplayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG