Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 17:57

Cəbhəçi gəncin şikayəti təmin olunmadı


Ruslan Qarayev

Sumqayıt Apellyasiya Məhkəməsi inzibati cəza alan AXCP üzvü Ruslan Qarayevin şikayətini təmin etməyib.

Bu haqda R.Qarayevin vəkili Əsabəli Mustafayev məlumat verib.

Ə.Mustafayev deyib ki, məhkəmədə gözlənilən baş verdi.

«Nə şikayəti, nə də çoxlu sayda vəsatətlərimizi təmin etdilər. Prosessual normaların, ən əsası müdafiə hüququnun pozuntuları, vəkil ilə görüşlərə imkan verilməməsi faktları araşdırılmadı və hüquqi qiymətini almadı», - deyən vəkil bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər.

AXCP Sumqayıt şəhər Gənclər Komitəsinin sədri R.Qarayev iyulun 20-də saxlanıb. O, polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılır. R.Qarayevə 20 gün inzibati həbs cəzası verilib.

AXCP rəhbərliyində gəncin üzərinə böhtan atıldığını, onun sifarişlə saxlandığını düşünürlər.

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. Partiya onların siyasi sifarişlə həbs edildiyini bildirir.

Hakimiyyət rəsmiləri isə Azərbaycanda siyasi məhbusların olması fikri ilə razılaşmırlar.

XS
SM
MD
LG